Meşələrin İnkişafı Xidmətində ÖZBAŞINALIQLAR SERİYASI... DAVAM EDİR



Meşələrin İnkişafı Xidmətində ÖZBAŞINALIQLAR SERİYASI... DAVAM EDİR
Son günlər gündəmin əsas mövzusu olan Meşələrin İnkişafı Xidməti və onun Regional Mərkəzlərdə baş verən saxtakarlıq və özbaşnalıqların ardı-arası kəsilmək bilmir.
Görəsən, bu saxtakarlıqlar və özbaşınalıqlar nədən ibarətdir?
Cavab olaraq deyə bilərik ki,
-Orta ixtisas və qeyri-müəyyən kadrları baş mühəndis və mütəxəssis vəzifələrində yerləşdirmək. (Halbu ki, baş işçi ali ixtisas təhsilli və müvafiq ixtisas sahibli kadr olmalıdır);
-Ali təhsilli ixtisaslı kadrların şərlənib işdən uzağlaşdırılması;
-Mükafatların düzgün yazılmaması (eyni işçiyə həmişə eyni mükafatı yazmaq: Əkin , "oduncaq" tədarükü adıyla hansı ki, mükafatlar yazılan şəxslərin nə əkin, nə də oduncaqla heç bir əlaqəsi yoxdur. Əgər soruşsanız, heç onların yerlərini belə tanımazlar. Amma oduncaq tədarükünə və əkində iştirak edib, aid olanların bəzilərinə isə heç yazılmır ;
-Meşəçi geyim forma dəstələrinin satılması və ya işçilər arasında düzgün bölünməməsi;
-Mərkəzə daxil olan yanacağın mənimsənilməsi;
- Saxta həmkarların keçirilməsi;
- Aktların A4 kağızı üzərinə yazılması;
-Mühafizəyə aid olmayan işçiləri heç bir əmr olmadan meşələrə pul qazanmaq məqsədilə yoxlama kimi göndərilməsi və bəzən onlara saxta aktların da yazdırılması;
"Qırma sahələr" inin saxta olması:
Qırma sahələrin mailliyi 30 dərəcən artıq olan yerlərdə vurmaq olmaz, bunlar isə 35 və 45 dərəcəli mailliydə vurublar. Bir nömrəni iki ağaca vurmaq , sağlam ağacları "sanitar qırma" kimi qeydə alıb , "işlik" material kimi isə sexlərə satmaq və s;
-Dövlət meşə fonduna dəymiş ziyanın və ya qırıntılarına düzgün hesablanmaması;
-Mərkəzə daxil olan əmr və ya məktubların üzərinə dərkənarıarın düzgün- aidiyyatı üzrə yazılmaması;
- Saxta imzaların (başqasının yerinə ) çəkilməsi;
- Saxta naryadlar (yağıntılı havada və olmayan əkinə suvarma və fəhlə xidməti yazmaq) yazıb pul silmək;
-Tinglərin satılması;
-Biçənək sahələrin örüş kimi vətəndaşlara verib pul almaq və ya "ot" pulların qeyri-qanuni yığıb öz ciblərinə basmaq;
-Dövlət meşə fondunda balıqçılıq məqsədilə süni göllərin salınması;
-Dövlət meşə fondu torpaqların vətəndaşlara kənd təsərrüfatı bitkilərin əkmək məqsədilə satmaq. Hazırda bu iş bu gündə davam edir;
-Meşələrdə mal-qara tövlə və ya fermalarının mövcud olması, salınması, onlara qarşı hər hansı bir qanuna müvafiq şəkildə tədbir görülməsi üçün, hər hansı bir addımın atılmaması;
-Dövlət meşə fondunda olan köhnə zəbtlərin gizlədilməsi;
-Dövlət meşə fondu torpaqlarının tikintiyə istifadə üçün satılması;
-Dövlət meşə fondu torpaqlarının qazılaraq kərpic zavodu və ya vətəndaşlara satılması;
-Dövriyyə olan əkinləri faktiki olmaması , saxta rəqəmlərlə olmayan əkinləri olfu kimi göstərib büdcədən pul silmək;
-Saxta yolla meşə sahələrini "təbii bərpa" adıyla guya qulluq etmək. Halbu ki, faktiki bu yoxdur;
- Saxta yolla faktiki olmayan əkini "örtülü meşə" sahəsinə keçirmək;
- Saxta yolla olmayan "təbii bərpa"nı örtülü meşə sahəsinə keçirtmək;
- Batıb məhv olmuş əkinlərə görə dövlətə dəymiş ziyanın hələ də bu günə kimi ödənilməməsi ;
-Dövriyyə olub faktiki olmayan əkinlərin yerində "yalançı" aksyalar keçirdib əkinlərin salınması;
İşçiləri qorxu altında saxlamaq. Əgər səslərini çıxartsalar, o zaman töhmət verib işdən uzaqlsşdırmaqla hədələnmələri ;
-Meşələrdə təhvil-qəbulların düzgün aparılmaması;
-Şikayətlərə baxılmaması və s.

Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov və cinayətkar dəstəsi törətdiyi bu saxtakarlıqlar və cinayətlərə görə gec-tez qanun qarşısında cavab verməli olacaqlar.

Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq. //azinfo.tv//
Tarix: 18-11-2021, 17:56
Xəbəri paylaş





Xəbər lenti