Tərtərdə qanvermə aksiyası keçirilib



Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra aidiyyəti üzrə təhvil veriləcək
Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı bölməsinin təşkilatçılığı ilə Tərtər rayonunda qanvermə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, aksiyada Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları da könüllü olaraq iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə həkim nəzarətindən keçirilib, daha sonra onlar qan vermək üçün masalara yaxınlaşıblar.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra aidiyyəti üzrə təhvil veriləcək və qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Tarix: 18-11-2021, 21:11
Xəbəri paylaş





Xəbər lenti