Təhməzovların QİDA-MİDA OYUNBAZLIĞI... - İDDİA


Deməli, Prezident İlham Əliyev cənabları ölkədə yaranmış vəziyyətlə bağlı iki MÜHÜM qurum yaratdı.
Birincisi, Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi ( AQTA), ikincisi, Mənzil İnşaatı Dövlət Agentliyi ( MİDA ).
AQTA nə üçün yaradıldı ?
Məlumdur ki, son 30 ildə ölkənin qida təhükəsizliyində ciddi problemlər yaranmışdı.
Təkcə bir faktı qeyd edək ki, ölkədə mənşəyi məlum olmayan ət və ət məhsulları istehlakçılara satılırdı.
“Leş Tofiq” məsələsini, ölmüş heyvan cəmdəklərinin bazarlarda satılmasını, keyfiyyətsiz qida məhsullarının ölkəyə gətirilməsini gözünüzün qarşısına gətirin.
Söhbət təkcə mənşəyi məlum olmayan məhsullardan getmir. Söhbət ölkəyə gətirlilən və standartlara cavab verməyən, geni modifikasiya olunmuş məhsullardan gedir.
Hətta Baytarlıq və Fitosanitariya kimi mühüm dövlət qurumlarının da səlahiyyətləri AQTA-ya verildi. Və Qoşqar Təhməzli quruma rəhbər təyin olundu.
Perzidentin təşəbbüsü ilə yaradılan ikinci mühüm qurum isə Mənzil İnşaatı Dövlət Agentliyi ( MİDA ) idi.
Problem nə idi ?
Məlumdur ki, sovet dövründə insanlar növbəyə duraraq gec-tez mənzil alırdılar.
Bu sistem dağılmışdı, yəni bazar iqtisadiyyatı başqa yanaşma tələb edirdi.
Məhz buna görə də, cənab Prezident 2016-cı ildə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, sosial müdafiəsini gücləndimək, mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onların GÜZƏŞTLİ şərtlərlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi ( MİDA ) yaratdı.
Və MİDA MMC-yə Fərhad Təhməzovu rəhbər təyin etdi.
Fərhad və Qoşqar cütlüyü Təhməzli-Təhməzov olsalar da doğma qardaşlardır.
İndi təsəvvür edin ki, ölkənin iki ciddi problemi Qoşqar və Fərhad qardaşlarına tapşırılır.
Qoşqar Təhməzli az vaxtda bazarlardakı laboratoriyaları demək olar ki, məhv etdi, ona həvalə edilən baytarlıq sahəsininin axırına çıxdı.
Təsəvvür edirsiniz, bazarlarda, küçə kənarlarında satılan ət və ət məhsullarına nəzarət qalmadı.
Əvvəl pis-yaxşı nəzarət var idi. Qoşqarın dövründə isə ancaq rüşvət və korrupsiya çiçəkləndi.
Deməli, cənab Prezidentin ortaya qoyduğu nəcib təşəbbüs nəticəsiz qaldı.
Və sonda məcbur olub, yenidən Aqrar Xidmətlər Agentliyini ( Baytarqlıq və Fitosanitariya ) bərpa etməli oldular.
Amma bütün bunlara baxmayaraq Qoşqar Təhməzli yenə də AQTA-nın kreslosunu “zanit” edib.
İndi isə keçək o biri qardaşa, yəni MİDA MMC-nin direktoru Fərhad Təhməzliyə.
Cənab Prezidentin təşəbbüsü ilə bu quruma Yasamalda pulsuz torpaq sahəsi, özü də 16 hektar ərazi verildi ki, binalar tikib imkansız şəxslərə GÜZƏŞTLƏ satsınlar, özü də uzun müddətli.
Təsəvvür edirsiniz, mənzillər illik 4 faiz, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizi və müddəti 30 ilədək olan güzəştli ipoteka krediti ilə təklif edilir.
30 ilə...yəni vətəndaş ən güzəştli şərtlə mənzil almalı idi.
Ancaq Fərhad Təhməzovun maxinasiyaları nəticəsində möhtərəm Prezidentimizin bu nəcib təşəbbüsü də nəticəsiz qaldı.
Belə ki, vətəndaşlar güzəştli mənzil almaq üçün ilkin ödəmə ediblər, uzun müddətdir ki, gözləyirlər, amma mənzillərin təhvil verilməsi 3 ildir uzanır. Və hələ də ümid yoxdur.
Yəni neçə ildir ki, vətəndaşlar öz qanuni mənzillərinə köçə bilmirlər.
Bu hələ harasıdır ?
Məlum olub ki, bir mənzil bir neçə nəfərə satılıb.
Ona görə də zavallı mənzil sahibləri Prezidentdən kömək istəyirlər ki, bu qanunsuzluqlara son qoyulsun.
İndi gördünüzmü, Qoşqar və Fərhad qardaşları cənab Prezidentin etimadını necə doğruldurlar ?
Və ən əsası minlərlə insanı dövlətdən narazı salırlar.
//gundelik-baku.com//
Tarix: 20-11-2021, 10:38
Xəbəri paylaş





Xəbər lenti