Tanınmış vəkil “Bakcell”dən şikayət etdi: “Dəfələrlə artıq pul tuturdular...”


Tanınmış vəkil Əkrəm Həsənov “Bakcell” mobil operatorundan şikayət edib.
 
Pravda.az-ın xəbərinə görə, o deyib:
 

 
““Bakcell”in Şamaxı filialından zəng vurublar ki, “Azərcell” nömrəmin analoqunu onlardan ala bilərəm. Əslində, həmin nömrə bir neçə il əvvəl elə mənə məxsus idi. Dəfələrlə məndən artıq pul tuturdular: guya hansısa proqramlara və s. qoşulmuşam. Hər dəfə gedib etiraz edirdim, söz verirdlər ki, həll olunacaq, amma olunmurdu. Yekunda nömrəni işlətməyi dayandırdım. İndi də onu mənə yenidən satmaq istəyirlər! Həyasızlar!”
Tarix: 20-11-2021, 14:36
Xəbəri paylaş





Xəbər lenti