Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...

Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...

Əvvəllər Bakıda hər küçədə, tində, dalanda küçə ticarəti ilə məşğul olan şəxslərər rast gələrdik. Kənd yumurtası, balıq, toyuq və s. digər məhsullar elə küçədə satılardı. Sonradan küçələrədən bu ticarətçilərin yığışdırılması ilə bağlı qaydalar sərltəşdirildi. Bakıda küçə ticarəti ilə məşğul olanların sayı da azaldı.

Amma hələ də bəzi ərazilərdə məhsulları küçənin ortasına töküb, satanlar var. Buna əslində Bakı şəhər Ticarət və Xidmət Departamenti nəzarət edir. Ancaq bəzən sahə müvəkiiləri də bu ticarətçilərin fəaliyyətinə nəyinsə müqabilində göz yuma bilir.
Bir müddət əvvək paytaxt rayonlarında qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən birgə profilaktik tədbirlər keçirilib.
Keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Bakı Şəhər Ticarət və Xidmət Departamenti və polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.
Bəs vətəndaş küçədə aldğı məhsulun təhlükəsiz olduğunu necə bilə bilər?
Eyyub Hüseynov Eyyub Hüseynov
Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, qida zənciri iştirakçıları, o cümlədən, əkinçi, fermer, anbarda saxlayan, daşıyıcı və s. gərək Qida Təhlükəsizliyi Agentliyində reyesterə daxil olsun. AQTA onlarla maarifləndirmə işi aparır və mütəmadi olaraq yoxlamalar keçirir.
E.Hüseynov qeyd edir ki, küçə ticarəti ilə məşğul olan insanların əksəriyyəti, demək olar ki, 90 faizi həyətlərdə kənd yumurtası, balıq, müxtəlif meyvə və s. satanlar AQTA-nın reyesterinə daxil olmayıb.
“Bu insanlar təhlükəli malların satışına rəvac verən bir şəbəkədir. Küçə ticarətinin qarşıısnın alınmasına cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət Departamentidir. Onlar malların küçəərdə satılması üçün bəzən leqallaşdırma işləri də aparır, rüsum da alırlar. Çox təəssüflər olsun ki həmin departament səmərəli işləmir. Və bu departament küçə ticarətini leqallaşdırıb icazə verəndə belə, mütləq həmin ticarətçinin AQTA-nın reyesterinə daxil olub-olmaması, malların təhlükəsizliyinin necə qorunduğu haqda məlumat almalıdır”,- deyən E.Hüseynov bildirir ki, departament bu məlumatı almır. Sadəcə olaraq, rüsum alaraq onun fəaliyyətinə icazə verir.
Mütəxəssis qeyd edir ki, küçə ticarətinin artmasında sahə müvəkkilərinin də böyük rolu var. Bakı şəhərində küçə ticarəti ildən-ilə azalsa da, regionlarda bu hal çox geniş yayılıb. Bu, istehlakçı hüuquqlarının pozulması və təhlükəli məhsulların istehlakçıya satılmasına rəvac verən bir şəbəkədir və bunun qarşısı alınmalıdır.
Xatırladaq ki, qanunsuz küçə ticarəti ilə məşğul olma İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib edilir.
Və həmin şəxslər 80 manat məbləğində cərimə edilir.
Digər tərəfdən, hər kəsə məlumdur ki, küçə tucarəti ilə yoxsul təbəqə məşğul olur. Belə fikir var ki, küçə ticarətinə qarşı kampaniya supermarketlər şəbəkəsinin maraqlarını təmin etmək üçün aparılır. Məsələn, Türkiyədə də küçə ticarəti var və xeyli insan bu yolla ailəsinə çörək qazanır. Azərbaycanda da bu işi sadələşdirmək və eyni zamanda tənzimləməklə yoluna qoymaq olarmı? Əlbəttə olar. Amma görünür, pulu çox olanlar öz pullarını daha da artırmaq üçün pulu az olanları birdəfəlik müflis etmək istəyirlər.
Tarix: 8-12-2021, 15:48
Xəbəri paylaş





Xəbər lenti