Rominq pulsuz oldu
Avropa İttifaqı ölkələri İttifaq daxilində 2032-ci ilədək rominqə görə əlavə xidmət haqqı alınmamasına dair razılığa gəliblər.
Pravda.az-ın xəbərinə görə, razılaşmanı artıq Avropa Parlamenti təsdiqləyib.
Qurumun mətbuata açıqlamasında göstərilir ki, “Aİ vətəndaşları ittifaqın digər ölkəsinə səfər edərkən zəng, mesaj və mobil internet xidmətindən istifadə zamanı operatorların şok fakturası ilə üzləşməyəcəklər”.
Qeyd edək ki, rominqə görə xidmət haqqı 2017-ci ilin yayında 5 illik sınaq müddətinə ləğv edilmişdi. Bundan sonra Avropanın bütün mobil operatorlarının trafiki və gəlirləri artıb. Yeni qayda Aİ-yə üzv olan 27 ölkəni və əlavə olaraq Norveç və Lixtenşteyni əhatə edir.
Tarix: 12-12-2021, 08:55