Koronavirus xəstəsi olan vətəndaşlar üçün SƏHİYYƏ LABİRİNTİ - NƏ ETMƏLİ?


"Əziz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, ailə üzvlərimin ikisinin Covid testi pozitiv çıxdıqdan sonra, digər ikisində də qızdırma və digər simptomlar olan vəziyyətdə bizə sizin gətirib verməli olduğunuz dərmanları istəyəndə “gedin poliklinikadan götürün” cavabı almağımız nə qədər düzgündür?" DİA.AZ bildirir ki, bu haqlı sualla Əsra Məmmədli adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupunda çıxış edib.

Koronavirus xəstəsi olan vətəndaşlar üçün SƏHİYYƏ LABİRİNTİ

Daha sonra narazı vətəndaş yazır: "Dünən anam və mən yaxma testi verdik və ikimizdə də pozitiv çıxdı. Qardaşımla atamda “yetəri qədər”simptom olmadığı üçün test etməkdən imtina etdilər. Dünən axşam onlarda da öskürək və qızdırma başladı. Yalnız bundan sonra testləri sifariş edə bildik. İndi isə biz bu vəziyyətdə olarkən bizə kim dərmanları gətirməlidir? Açıq şəkildə həkimlər deyirlər ki, korona olsanız da evdən çıxın, gedin poliklinikaya və girin yüzlərlə insan içinə, dərmanları götürün. Zarafat kimidir".

DİA.AZ bildirir ki, bu açıqlamasının ardından Əsra Məmmədli əlavəsini də edib: "Düzəliş: Poliklinikadan xəbər gəldi ki, dərmanımız yoxdur…"

Yəni durum DAHA DA FƏNA...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 13-12-2021, 20:43
Xəbəri paylaş





Xəbər lenti