“Onları ərizə yazmağa məcbur ediblər…” – Deputat rəsmi informasiyanı şübhə altına saldı
“2020-ci ildə 327425 nəfər işdən öz ərizələri ilə azad olunub”.
Bu fikirləri bu gün Milli Məclisin plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. Deputat 267900 nəfərin öz ərizəsi ilə işdən çıxmasına şübhə ilə yanaşıb: “Axı pandemiya dövründə bu qədər insan işdən öz ərizəsi ilə necə çıxa bilər? İşçilər müxtəlif bəhanələr gətirilərək ərizə yazmağa məcbur edilib. Bununla da onlar heç bir kompensasiya almayıblar. Bunlar ciddi araşdırılmalıdır”