Diqqət SOS: HİRKAN MİLLİ PARKINDA "YAŞIL TERROR" DAVAM EDİR - VİDEO
Dəfələrlə Ölkəmizin, ən əsas da cənub meşələrində və Hirkan Milli Parkında olan qiymətli ağacların "işlik" material kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "meşə quldurları" tərəfindən kəsilib satıldığın xəbər portallarımızda qeyd etmişdik. Amma buna baxmayaraq Ekologiya Nazirliyi tərəfindən bu "yaşıl soyqırımla" bağlı hər hansı bir tədbir görülməmişdir və görünür Ekologiya işçiləri özləri maraqlıdır bu qiymətli ağacların məhv olub "soyqırıma" məruz qalmasına.
Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Hirkan Milli Parkının Diryan meşəbəyliyin Asəf Şıxicanovun mühafizə etdiyi meşədə "Lıxi diqo" deyilən yerdə "işlik" matiral cəkilir. Sözügedən "işlik" materialları çay qırağı kəsillər ki, ağacların pinləri suya tökülüb aradan getsin ki, sabah yoxlama olan zaman iz qalmasın. Bu çirkin işin başında ETS nin müavini Vüqar Kərimov, 1 saylı Regional Ekologiya İdarəsinin rəisi Şakir Quliyev və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevin durduğu deyilir.
Şakir Quliyev 1 saylı Regional Ekologiya Idarəsinə rəis gələndən sonra, özünü göstərmək üçün Hirkan Milli Parkında "yaşıl terrorun" qarşısına almışdı və bu yaxınlarda yenə orada olan iridiameyrli ağaclar "işlik" material kimi yerli Ekologiya işçilərinin əli kəsilib satılmağa başladı. (Azinfo.tv)