""Uşaq pulu"nun əvəzinə ehtiyacı olan ailələrə ünvanlı sosial yardımlar ödənilir" - Deputat


“Uşaqların daha yaxşı inkişafı üçün “uşaq pulu”nun tətbiqi vacibdir. Dövlət “uşaq pulu” ilə bağlı başqa proqramlar həyata keçirir. Onun əvəzinə ehtiyacı olan ailələrə ünvanlı sosial yardımlar ödənilir. Ümumiyyətlə, problemin həlli üçün müxtəlif formatlı dəstək proqramları icra edilir”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
 
Parlament üzvü bildirib ki, birbaşa “uşaq pulu” ödənişləri üzərində də düşünmək lazımdır: “Digər proqramlar dayandırılaraq “uşaq pulu” sisteminin qurulması gündəmə gətirilməlidir. Nəzərə almaq lazımdır ki, bu gün cəmiyyət “uşaq pulu” ilə bağlı daha çox fikirlər səsləndirir, münasibət bildirirlər. Müvafiq qurumlar mütləq bu məsələ ilə məşğul olmalıdır. Hansı formada və necə ödəniş edilməsi ilə bağlı mexanizm hazırlanmalıdır”.
Tarix: 20-12-2021, 13:43
Xəbəri paylaş





Xəbər lenti