Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri arasında “EuroMed” Tibb Mərkəzi yoxdur


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 05.01.2021-ci il tarixində “Siam.az” Siyasi-İctimai Araşdırmalar Mərkəzinin xəbər portalında dərc edilən Özəl klinikada qalmaqal: “Hər şeyi qaydasına salmışıq” məqalə ilə bağlı olaraq rəsmi açıqlamanı ictimaiyyətinin diqqətinə çatdırır. Məqalədə özəl bir tibb müəssisəsinin həkimi tərəfindən onun əməkhaqqısının məbləğinin icbari tibbi sığorta ilə əlaqədar olaraq azaldılması qeyd olunub.
 
Qeyd olunmalıdır ki, Agentlik vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə özəl tibb müəssisələri ilə əməkdaşlıq edir. Lakin hazırda Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri arasında “EuroMed” Tibb Mərkəzi yoxdur və sözügedən müəssisə tərəfindən KİV-ə verilmiş açıqlama həqiqəti əks etdirmir. Belə ki,
Agentlik müqaviləli tibb müəssisəsinə onun vətəndaşa Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər müqabilində Xidmətlər Zərfində qeyd olunan tarifə uyğun olaraq onun dəyərini ödəyir. Agentliyin özəl tibb müəssisəsinin heyətinin məvacibinin həcminin müəyyənləşdirilməsi və ya onun dəyişidirilməsi səlahiyyətinə sahib deyil.
 
Nəzərə çatdırılır ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində hər hansı xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə, vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Bu halda özəl tibb müəssisəsi tərəfindən vətəndaşa göstərilən müvafiq tibbi xidmətin dəyəri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən həmin müqaviləli tibb müəssisəsinə ödənilir. Diqqətə çatdırılır ki, hazırda Agentliyin 27 tibb müəssisəsi ilə müqaviləsi var və bu sayla bağlı olan siyahı mütəmadi olaraq yenilənir.
 
Nəzərə çatdırılır ki, Agentlik 2021-ci ildən etibarən özəl tibb müəssisələri ilə uğurlu əməkdaşlıq edir və bu səmərəli fəaliyyət nəticəsində Agentlik tərəfindən ödənilən vəsait öz növbəsində həmin özəl tibb müəssisəsinin heyətinin rifahının yaxşılaşmasına xidmət edə bilər.

 
 
Hörmətlə,

Marketinq və ictimaiyyətlə əlaqələr departamenti
 
 
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Siam.az
Tarix: 6-01-2022, 13:50
Xəbəri paylaş





Xəbər lenti