“Azəriqaz” nə etməyə çalışır? – Hər abonentdən fantastik qazanc


“Azəriqaz” nə etməyə çalışır? – Hər abonentdən fantastik qazanc

Son günlər “Azəriqaz”la bağlı şikayətlər artır.
Abonentlər quraşdırılan qaz sayğacların iş mexanizminə görə əlavə məbləğ ödədiklərini bildirir.
Ötən gün də sosial şəbəkədə məsələ ilə bağlı daha bir şikayət yazılıb:
“Sayğaç göstəricisini 5 gün sonra qeydə aldığı üçün "Azəriqaz"a 75 kub üçün əlavə vəsait ödədim. Həmin müddətdə ən yüksək tarifə keçdiyim üçün bu 20 manata yaxın vəsait edir. Abonentlərin yarısından bu qədər əlavə pul qoparsalar, az qala 5-6 günə 20 milyon manat göydədüşmə pul qazanmış olurlar.
Bu pulu dövlət şirkətlərinə halal eləmirəm. Bu günün günorta çağı vətəndaşın cibinə girməkdir. Yeri gəlmişkən, bir gün gec də olsa, sayğacın göstəricilərinin əks olunduğu şəkili çəkib yaydıqları “WhatsApp” nömrəsinə də göndərmişdim.
Pilləli tarif tətbiq edirsinizsə, il dəyişəndə bundan vətəndaşın ziyana düşməməyin də mexanzimini tapacaqsınız. Əgər “WhatsApp”a göndərilən mesaj nəzər alınmayacaqdırsa, deməli şirkət rəhbəri sadəcə piara işləyən çıxış edib. Məncə, bu şirkət hesabatında mütləq əhalidən artıq aldıqları bu vəsait hesabına qazanclarını ayrıca göstərsin”.
Məsələ ilə bağlı “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Cebhe.info-ya bildirib ki, limitilə bağlı göndərilən fotoların təxminən 10 faizdən çoxu smart tipli sayğaclarla bağlıdır:

Eldəniz Vəliyevin sözlərinə görə, bu vaxta qədər 100 mindən çox abonent sayğaclarının fotosunu çəkərək qurumun “WhatsApp” nömrəsinə göndərib:
“Ümumilikdə isə həm "Azəriqaz"ın əməkdaşlarının baxışı, həm də vətəndaşların göndərdikləri fotolar nəticəsində 65 faizən çox sayğacda limitin sıfırlanması prosesi həyata keçirilib.
''Azəriqaz'' İstehsalat Birliyi abonentlərə növbəti dəfə müraciət edir ki, bundan sonra da mexaniki sayğaclardan istifadə edən vətəndaşlar limitin sıfırlanması üçün sayğacın fotosunu çəkərək 077-3-104-104 “WhatsApp” nömrəsinə göndərsinlər”.
Tarix: 6-01-2022, 15:43
Xəbəri paylaş





Xəbər lenti