“Kliniki Tibbi Mərkəz”də ara qarışıb - İLGİNC İDDİALAR...
Bu yaxınlarda “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxs professor Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası və “Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi” Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil olundu. Ötən ilin aprel ayında 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru İlham Qafarov işdən çıxarıldı və onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin edildi. Onun təyinatından sonrakı dövr ərzində Kliniki Tibbi Mərkəzdə 315 tibb işçisi işdən çıxarılıb. K. Ələkbərov həmin tibb işçilərinin işə yararsız olmasını desə də, burada qaranlıq məqamlar daha çoxdur. Baş həkim deyir: “Kliniki Tibbi Mərkəzdə elə tibb işçiləri var idi ki, işə yararsız idilər, gözləri görmürdü. İynə vura bilmirdilər, bəzən gənc işçilərdən xahiş edirdilər ki, “gəl, bu iynəni vur”. Bu vaxta kimi onları yola vermişik, amma bundan sonra onları yola verməyəcəyik. Bəzi həkimlər var ki, dövlətdən əlavə maaş istəyir. Amma müəyyən bir zaman kəsiyinin statistikasına baxanda görürsən ki, o həkimin tibbi fəaliyyətini göstərən nəticələr yoxdur. Hətta sıfırdır. O həkimə yüksək əməkhaqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir. Misal olaraq, Kliniki Tibbi Mərkəzdə 12 min manat əmək haqqı alan cərrahlar, 5 min manatdan artıq maaş alan mama-ginekoloqlar var. Hətta 300 manat maaş alan mama-ginekoloq da var. Hansı ki, onun son altı aydakı əməliyyat sayı sıfırdır. Həmin həkimə deyirəm ki, sənin bir qohumun belə yoxdur ki onu müayinə edəsən?! Deməli öz qohumları belə onlara etibar etmir. Belə olan halda başqası onun yanına niyə gəlsin?! Hətta bəziləri zəng edib deyir ki, onu yola ver. Bildirirəm ki, artıq yolavermə kampaniyası bitib. Vətəndaş məmnunluğu lazımdır. Bəzən deyirlər ki, agentlik suallara cavab vermir, maliyyə çatışmır. Yenə də deyirəm, maliyyə vəsaiti kifayət qədərdir. Özəl tibb müəssisələri ilə kifayət qədər müqavilələr imzalanıb”. Aktualxeber.az-a üz tutan şikayətçilər isə deyirlər ki, baş həkim əsil həqiqətləri gizlədir. Əslində isə özü ilə Mingəçevirdən gətirdiyi kadrlar orada at oynadırlar. Kadrlar şöbəsinin müdiri Bəhruz və onun həyat yoldaşı, K.Ələkbərovun “yaxın adamı” olan baş tibb bacısı Vəfa “Kliniki Tibbi Mərkəz”də öz bildiklərini etməkdədirlər. Onların bu özbaşınalığı isə kollektivdə ciddi narazılıq doğurur. Ümidvarıq ki, TƏBİB rəhbərliyi vaxtında lazımi addımlar atacaq və oradakı özbaşınalığa son qoyacaqdır. Çünki yeni iş yerlərinin yaradıldığı bir vaxtda insanları kütləvi şəkildə işsiz qoymaq ciddi fəsadlara gətirib çıxara bilər. Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//