"Küləkli havada da, normal havada da işıq kəsilir" - Boluslu sakinləri


Goranboy rayon Boluslu kənd sakinləri tez-tez elektrik enerjisinin kəsilməsindən şikayətçidirlər.

Kənd sakinləri bu barədə Yeniavaz.com-a danışıblar. Sakinlər bildirirlər ki, onlara verilən elektrik enerjisi tez-tez kəsilir.
“İşıq həm küləkli havada, həm də küləksiz sakit havada sönür. Bu vəziyyətdən təngə gəlmişik. Hal-hazırda kəndin işığı yanmır”.
Problemlə bağlı Goranboy rayon Elektirik şəbəkəsinin müdiri Seymur Rüstəmovla telefon əlaqəsi saxladıq. O bildirdi ki, elektrik xəttinin üzərinə ağac qırılıb düşdüyünə görə xətdə nasazlıq yaranıb:
“Hazırda işlər başa çatdığına görə işığın verlişi bərpa olunub. Digər vaxtlarda da kənddə  işığın verlişində problem olmur".


Esmira Hidayətova, Goranboy
Tarix: 16-01-2022, 21:43
Xəbəri paylaş





Xəbər lenti