Azərbaycanın 500 minlik şəhərinin bilet satılmayan, saytı olmayan, “kolxoz innovasiyalı” avtovağzalı… REPORTAJ
Sovet dövrünü xatırladan “kolxoz” innovasiyalı avtovağzal Məlumdur ki, istənilən şəhərə birinci dəfə gələn turisdə həmin şəhər haqqında ilk təəsürat şəhərin vizit kartı sayılabiləcək avtovazğzalın vəziyyətinə görə də yaranır. TİA.AZ xəbər verir ki, hər gün minlərlə sakinin istifadə etdiyi Sumqayıt avtovağzalının mövcud vəziyyəti isə heç də ürəkaçan deyil. Daha dəqiq deyilsə hər gün ölkənin müxtəlif istiqamətlərinə yüzlərlə avtobuslar işləyən bu avtovazğzal bərbad vəziyyətdədir, standartlardan çox uzaqdır. Təəssüf ki, bəlkə də ölkənin elə ucqar rayonları var ki,onların avtovağzalları ölkənin əhalisinə görə ölkənin 2-ci böyük şəhər olan Sumqayıtdakından daha müasirdir. Halbuki şəhər rəsmiləri Sumqayıtın turizm şəhərinə çevrilməsini iddia edir. İnnovasiyalardan, nəqliyyatı Intellektual Idarəetməddən,yüksək texnologiya anlayışlarından uzaqolan avtovağzal daha çox “kolxoz” texnologiyası ilə idarə olunur və bu avtovağzalda “kolxoz innovasiyası” tədbiq olunur. İllər əvvəl kosmetik təmir olunan, sadəcə alkopon vurulan mənəvi və fiziki cəhətdən köhnələn Avtovağzalın inzibati binasını müqəvva adlandırmaq olar,çünki burada çayxana ,kafelər, ticarət obyektləri ,gözləmə zalı olsa da avtovağzal təyinatına, funksiyasına görə fəaliyyət göstərmir. Belə ki, avtovağzalın içərisindəki kassada nə rayonlara,nə Bakıya,nə də digər istiqamətə bilet demək olar ki, bilet əldə etmək olmur Əgər kimsə “ağıllı” olmaq istəyərək bilet almaq istəsə, ona hər cür bəhanə ilə bilet satılmır. Əvvəlcədən,məsələn 1 gün qabaq bilet əldə etmək istəyənə deyilir ki, əvvəlcədən satılmır , gedişə yaxın satılır,gediş vaxtı da almaq istəsən isə deyə bilərlər ki, biletlər satılıb , avtobus yoxdur və ya digər bəhanə gətirəcəklər. Çox “dirənən” vətəndaşa isə avtovağzaldakı avtobuslardakı gediş haqqlarından baha qiymət deyilir ki, alıcı bu fikirdən vaz keçsin. Burdan öz qiymətinə “dava-qırğınla” bilet almağa nail olan vətəndaşı təbrik etmək olar. Digər biabırçılıq ondan ibarətdir ki,avtobuslar dəqiq qrafiklə işləmir.Çox vaxt nə vaxt yerlər adamla tam doldu, o vaxt da yola düşür.Bu da sərnişinlərin haqlı narazılığına səbəb olur. Burada nəinki Bakı-Sumqayıt avtobuslarında, rayonlara gedən şəhərlərarsı avtobusların əksəriyyəti də standartlara uyğun gəlmir. Komfortu olmayan avtobusların demək olar ki, hamısında ,daha çox sərnişin yığmaq ,qazancüçün qanunsuz olaraq kustar üsulla əlavə oturacaqlar quraşdırılıb ki, bu da sərnişinlərin həyatını riskə atır. Çünki bunlar yol-nəqliyyat qəzaları zamanı faciənin fəsadlarını artırır,belə olan halda ölüm hallarının,yaralıların sayı artır. Bu həm də nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud şəkildə pozulması deməkdir.Bu marşrut xəttlərində hər gün 100-lərlə avtobus işləyir və onların əksəriyyətinin salonunda konstruksiya dəyişikliyi edilib.Ya ortaya əlavə oturacaqlar quraşdırılıb,ya oturacaqlar sıxlaşdırılır ki,daha çox adam mindirmək mümkün olsun və qazanc çox götürülsün. Halbuki qanunla avtobusda nəzərdə tutulmayan əlavə oturacaq və avadanlıqların qanunsuz olaraq yerləşdirilməsinə görə həmin nəqliyyat vasitəsinin sahibi ən azından 150 manat məbləğində cərimə olunmalıdır. Məlumat üçün bildirək ki, “avtomobil nəqliyyatı ilə sərnişin daşınması Qaydalarına əsasən, hər bir sərnişin marşrut üzrə yalnız rəsmiləşdirilmiş bilet və ya onu əvəz edən hüquqi sənəd əsasında hərəkət edə bilər. Həmin biletin üzərində sərnişinin adı və soyadı, həmçinin biletin qiyməti, avtobusun yola düşmə tarixi kimi əsas məlumatlar göstərilməlidir. Sərnişin əldə etdiyi bileti gediş müddəti ərzində özündə saxlamalı və bu sənəd onun mənzil başına çatdırılmasının təminatıdır. Amma Sumqayıt avtovağzalının XXI əsrdə elementar saytı, feysbukda səhifəsi,əlaqə vasitəsi belə yoxdur. Avtovağzalda sərnişinlərə xidmət sıfırdan da aşağı səviyyədədir. Avtovağzalın düz qabağından haqq verərək Bakıya qeyri-qanuni marşrutlar işləyir.Bu barədə dəfələrlə deyilsə də , bu mətbuatda işıqlansa da aidiyyatı qurumlar buna göz yummaqda davam edir.Düzdür arada bir-iki gün hansısa tədbirlər görülür qanunsuzluqlarla bağlı,amma sonra yenə hər şey öz köhnə-qanunsuz qaydasında davam edir. Görünür buna maraqlı olanlar var. Dəhşətli orasıdırki, səhər-səhər Bakıya işinə-gücnə tez getmək istəyən minlərlə adamlar daha çox o boyda avtovağzaldan yox ,onun yaxınlığından,ətrafından Bakıya gedən şəxsi avtobuslara və ya 1-2 manatlıq taksilərə minməyə üstünlük verirlər. Çünki, Bakıya tez çatırlar deyə bu insanlara daha rahat və sərfəlidir. Avtovağzalın giriş binası illər əvvəl alkopanla üzlənsə də içi və və avtobuslar dayanan həyət hissəsi müasirlikdən çox Afrikanı , avtobus dayanacaqlarında qoyulan trafaretlər sovet dövrünün-keçən əsrin , 60-70-ci illərin qalıqlarını xatırladır. Avtovağzaldan Sovet dövründən nostalji kadrların çəkilişində uğurla istifadə etmək olar. Binanin qabağında satılan peraşki, qutab , köhnə çayxana 90-cıillərin əvvəllərinin mənzərəsini tam tamamlayır. Avtovağzaldan hər gün 10 min manatlarla pul yığılsa da çox güman ki,onların çox cüzi bir hissəsi sonradan rəsmiləşdirilir. Hər halda heç bir ödənişə görə burda çek-filan verilmir.Vergidən yayınma göz qabağındadır.
Avtovağzalın həyətinin bərbad vəziyyətdə olan yol örtüyü isə kənd yollarına oxşayır. Amma avtovağzal təkcə zahirən pis gündə olsa idi dərd yarı idi.Burada qanunsuzluq ,özbaşınalıq, xaos hökm sürür. Rayonlara gediş haqqının miqdarını sürücülər təyin edir ki,bu qiymətlər Tarif Şurasının təyin etdiyi marşrut qiymətlərindən xeyli bahadır. Tarif Şurasının qiymətləri burada ümumiyyətlə keçərli deyil. Real gediş haqqı qiymətləri binanın içində divara vurulan rəsmi qiymət cədvəlindən tam fərqlidir,2-5,bəzən isə daha çox manat artıqdır. Avtovağzalda hansı nəqliyyat şirkətinin fəaliyyət etməsi aydın deyil. Ümumiyyətlə buranın kimə tabe olduğu, avtovağzala görə kimin cavabdeh olması bilinmir. Rəsmən avtovağzal Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeçiliyindədir,amma reallıqda vağzala Sumqayıt icra hakimiyyəti nəzarət edir,o da belə… Heç bir qurum avtovağzalı müasir etmək üçün illərdir heç bir tədbir görmür. Yeri gəlmişkən ,Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev sumqayıtlı olduğundan avtovağzalda hökm sürən vəziyyətdən çox güman məlumatlıdır. Ümid edək problemlə bağlı tez bir zamanda işlər görüləcək və Sumqayıtın adına layiq avtovağzalı olacaq. TİA.AZ