Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev məni aldatdı...- ŞİKAYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir qrup əməkdaşı öz vəzifə səlahiyyətindən sui-istifadə edərək sosial yardımla bağlı müraciətlərə əsassız və qanunsuz mudaxilələr edirlər. Nəticədə Azərbaycan Respublikasının qanunları ilə qorunan hüquqlarımız kobud surətdə pozulur. Belə ki, sistemdə uyğunsuzluq olmadığı halda nazirliyin sosial yardım sektorunun bəzi əməkdaşları bizə «özlərindən Amerika kəşf edərək» müxtəlif manelər yaradırlar və onların sistemə qanunsuz və əsassız müdaxilələri nəticəsində sistem bizə saxta imtinalr verir -Mən Həsənov İxtiyar Cəmil oğlu, aztəminatlı ailə olaraq sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada etdiyim müraciət VEMTAS tərəfindən qeydiyyata alındı. Lakin bir müddətdən sonra imtina verildi.Rəsmi qaydada etdiyim çoxsaylı müraciətlərdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev məni onlayn qəbul etdi. Həmin qəbulda DSMF-nin Ucar rayon şöbəsinin müdiri Fərhad Gülüşov və sosial yardım sektorunun Kürdəmir üzrə Asif adlı nümayəndəsidə iştirak etdi. Qəbul zamanı üç azyaşlı övladımın olduğunu, həyat yoldaşımın 250 manat maaşa məktəbdə işlədiyini özüm isə fərdi əməklə məşğul olduğumu bildirdim. Nazirin müavini məni dinlədikdən sonra sənədlərimdə olan xırda uyğunsuzluğun aradan qaldırmasını tövsiyə etdi. Sonda bildirdi ki, bu uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra sosial yardım üçün təkrar VEMTAS-a müraciət edim və mənə köməklik ediləcək. Mən həmin uyğunsuzluğu aradan qaldırdıqdan sonra təkrar sosial yardım üçün müraciət etsəmdə ailə üzvinə aid olmayan imtina verilir. Belə ki, VEMTAS-da sosial yardım üçün müraciət, qeydiyyatdan keçən kimi imtina gəlir və imtinanın səbəbi «Kənd təsərrüfatı sahibkarlığı ilə məşğulluq barədə məlimat öz təsdiqini tapmaması» göstərilir. Halbu ki, belə bir məlumat sistemə vurulmayır. Çünki həyat yoldaşım Həsənova Bahar Novruz qızı məktəbdə işləyir. Mən isə fərdi əməklə məşğul oluram. Yəni sabit vergi ödəyicisiyəm. Ailədədə kənd təsərrüfatı sahibkarlığı ilə məşğul olan yoxdur. Ona görədə sistemə belə məlumat ötürülmür. Kənd təsərrüfatı sahibkarlığı ilə məşğul olması barədə məlumat ötürülmürsə, sistem bu məlumatı hardan alır? Hətta 15 gün bundan əvvəl notariusdan ərizə forması almışdıq. Bu gün yenidən notariusa gedib yeni ərizə forması aldıq ki, bəlkə bu problem həll olunar. Təssüf ki, problem həll olunmadı. Qeyd edim ki, əvvəldə sosial yardı almışıq. Övladım 8 yaşına çatdıqdan sonra sosial yardım kəsildi və dedilər ki, mütləq həyat yoldaşım rəsmi qaydada işləməlidir. Təssüf ki, o rəsmi qaydada işə düzəlsədə sosial yardım ala bilmirik.
-Mən Şirəlieva Rasimə Ağəli qızı, aztəminatlı ailə olaraq ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyimiz müraciətlərə qanunsuz və əsassız olaraq imtinalar verirlər.İmtinalarda «Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi, ailə üzvünün republikadan kənarda yaşaması və bu barədə məlumatın verilməməsi» göstərilir. Verilmiş bu imtina tam əsassız və qanunsuzdur. Ona görə tam əsassız və qanunsuzdur ki, həyat yoldaşım Şirəliyev Mübariz Qəhrəman oğlu bronxial astma xəstəsidir. Bu xəstəlikdən ona ikinci qrup əlillik təyin olunub. Oğlum Şirəliyev Elnur Mübariz oğlu isə heç bir yerdə işləmir. Ucar rayon Qarabörk kəndində 0,83 hektar pay torpağımız var. Orda işləyirik. Dolanışığımız həyat yoldaşımın 130 manat sosial müavinəti və həmin torpaq sahəsindən gələn gəlirlə dolanırıq.Başqa yerdən gəlirimiz yoxdur. Həmin gəlirləri də ünvanlı sosial yardıma müraciət edən zaman VEMTAS-da qeyd etmişik..İmtinanın digər səbəbi olan «ailə üzvünün respublikadan kənarda yaşaması» haqqında onu deyə bilərəm ki, həyat yoldaşım mütəmadi olaraq Rusiya Fedreasiyasında müayinə və müalicələr alır. O bronxial astma xəstəsidir. Müalicələr almasa yaşaya bilmir. Daima gərək müalicə oluna. Eyni zamanda qeyd edim ki, həyat yoldaşımın Rusiya Federasiyasında olmasını VEMTAS-da qeyd etmişik. Həyat yoldaşımın Rusiya Federasiyasında müalicə almağı ilə bağlı verilmiş arayışı müraciətimə əlavə edirəm. Qanunvericiliyə əsasəndə xaricdə müalicə almaq sosial yardım almaq üçün imtinaya əsas vermir. Eyni zamanda bildirirəm ki, bzi əvvəllərdə sosial yardım almışıq.Lakin hal-hazırda bu yardımı ala bilmirik. Halbu ki, ailə tərkibində, gəlirimizdə heç bir fərq yoxdur. Amma deyirlər ki, ailəmə sosial yardım düşmür
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən və ombudsman Səbinə Xanım Əliyevadan xahiş edirik bizim bu müraciətimiz tam hərtərəfli və obyektiv araşdırılsın və qanunu pozan məmurlar barəsində ciddi tədbirlər görülsün.
Tarix: 26-01-2022, 07:56