Azərbaycanın 700 yerində internet yoxdur
Hazırda ölkədə 700-ə qədər yaşayış məntəqəsinin interneti yoxdur.Bu barədə yanvarın 27-də “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda təşkil edilən seminarda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Rövşən Rüstəmov danışıb.
O bildirib ki, həmin yaşayış məntəqələri ucqar və uzaq yer olduğu üçün əsas yük “Aztelekom” MMC və “Baktelekom” MMC üzərində qalacaq. Onun vurğulamasına görə, bu iki qurumun birləşdirilməsinin müsbət tərəflərindən biri odur ki, Bakıda və regionlarda yığılan ödənişlər ucqar yaşayış məntəqələrinin internet probleminə sərf olunacaq.
Yaxın günlərdə iki dövlət rabitə operatoru- “Aztelekom”la “Baktelecom”un da birləşdiriləcəyi gözlənir. Bunu da nazir müavini R.Rüstəmov həmin çıxışında söyləyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə hüquqi prosedurlar yerinə yetirilir.
Azərtac
Tarix: 28-01-2022, 08:49