Sahil Babayevi İSTEFAYA ÇAĞIRDILAR... - "Əlillərin hüquqlarını BU CÜR QORUYARALAR?"


 


Son günlər adı yeyinti qalmaqalında hallandırlan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə qarşı total narazılıq var, desək, yanılmarıq. Son günlər artan narazıqlar pik həddinə çatıb və hətta nazirlə bağlı DTX və Baş Prokurorluğa 1000 nəfərin imzası ilə müraciət ünvanlanıb.

Dünən isə Sumqayıtda əlillər etiraza qalxıblar və narazılıqlarını ifadə ediblər. DİA.AZ xatırladır ki, gəldiyi ilk günlərdən özünün siyasəti ilə böyük narazı ordusu yaradan Sahil Babayevin absurd BÜDCƏYƏ QƏNAƏT SİYASƏTİnin fəsadlarının olacağı ilk başdan proqnozlaşddırılmaqda idi. Belə ki, dövlətin əlillərə və imkansız ailələrə nəzərdə tutulan yardım və müavinətlərində saxtakarlığın olduğunu iddia edən Sahil Babayevinn KÜTLƏVİ QAYÇILAMASI nəticəsində minlərlə vətəndaş çətin durumla üz-üzə qalıb.

Elə Sumqayıtdakı narazılıqlar da həmin çətinliklə üz-üzə qalan vətəndaşlarımızın etiraz ifadəsidir. Daha ətraflı aşağıdakı VİDEODA:


İddia olunanlarla bağlı  bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 28-01-2022, 16:10
Xəbəri paylaş





Xəbər lenti