Haftonidən Dədəgünəşə qədər “bataqlıq” “30 hektar meşə səhvən qırılıb”
Xeyli müddətdir Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ilə bağlı mətbuatda materiallar dərc olunur. Bu sahədə “Ecofront” Hərakatının aktivistlərinin araşdırmaları, eləcə də yerli sakinlərin və iş adamlarının şikayətləri əsasında cöxlu neqativlər meydana çıxıb. “Ecofront”un məlumatına görə cənub bölgəsində Haftoni meşəbəyliyində əsas əraziyə bitişik 150 hektar (Nazirlik 130 hektar hesab edir) məhv edilmiş meşə ərazisinin taleyi hələ də qeyri müəyyən və cəzasız qalır. Müqavilənin ləğvi üçün nazirin verdiyi əmr yerinə yetirilməyib. Bu ərazi Lənkəranda asfalt zavodunun direktoru Asfalt Raqib adlı şəxsə – Raqib Məmmədova verilib. Müqavilə onun oğlunun adına bağlanıb. Asfalt Raqib təkcə nazir Muxtar Babayevin ona verdiyi 100 hektar meşəni məhv etməklə qalmayıb, nazirliyin öz audit yoxlamasına görə 30 hektar da əlavə yeri məhv edib. Nazirliyin açıqlamasında 30 hektar meşənin “səhvən” məhv edilməsi bildirilib. Guya nazirliyin bundan aylar sonra ictimai etirazlardan sonra xəbəri olub. Xəbəri olandan sonra da bu audit yoxlamasını həyata keçirən bu cinayəti ortaya çıxaran şəxsi vəzifədən vururlar ki, sənin başın qaçıb deyəsən. Bu audit yoxlamasına əsasən Nazir Muxtar Babayev gözdən pərdə asmaq üçün bir əmr verir ki, 2 ay müddətinə qanunsuz bağlanmış müqavilələr ləğv edilsin. Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı məlumatlar da o qədər təkzibolunmaz olub ki, artıq Baş prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsində faktla bağlı cinayət işi açılıb. Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi meşəbəyiliklərin ərazisində narkotik bitkilərin becərilirməsi faktına reaksiya verilməsə də, dələduzluq və rüşvət maddələri ilə artıq cinayət işi başlanıb. Cinayət işi açılıb, amma malalama əməliyatı gedir Redaksiyamıza adının çəkilməsini istəməyən şəxsin (bu şəxs cinayət işinə cəlb edilmiş meşə gözətçilərindən birinin yaxın qohumudur, bu səbəbdən adının açıqlanmasını istəmir) verdiyi məlumata görə açılmış cinayət işində yenə “akula və iribuynuzlular” canlarını qurtarmış olacaq, Məsuliyyətə cəlb olunanlar isə “kilkə və quzucuqlar” olacaq. Belə ki, açılmış cinayət işinində verilmiş bütün ifadələr Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırova və ETSN –nin müavini Vüqar Kərimova yönəldiyi halda faktlar cinayət işinə əlavə olunmur. Nazirlik Namiq Xıdırovun tutduğu vəzifədən uzaqlaşdılıdığını bildirib. Amma bu da qısa müddətə olub. Xıdırovun “dayısı”nın müdaxiləsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində yenidən yüksək vəzifəliyə işə götürülüb. Bu da gözdən pərdə asmaq olub. İstintaq yekunlaşandan sonra yenidən öz işinə qaytarılacağına söz verilib. Mənbənin bildirdiyinə ETSN-də vəzifəyə Əmək Məsələləri üzrə Dövlət Komitəsindən gələn Namiq Xıdırova hazırda prezidentin köməkçisi Kərəm Həsənov yenidən hami durub. Naftonidən Dədəgünəşə qədər olan “bataqlıqda” adı adlanan ETSN-nin müavini Vüqar Kərimov isə Ramiz Mehdiyevin adamı kimi təqdim olunsa da islahatçı Nazir kimi tanınan Muxtar Babayev ona hələ ki “bata” bilmir.
Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin müstəntiqi İlqar Səadətov “Dədəgünəş” meşəbəyliyinin Çıraqlı yaylağında ağacların kütləvi kəsilməsi və satılması nəticəsində 140.000 manat dövlətə dəymiş ziyanı iş materiallarına əlavə etməsindən sonra sözün əsl mənasında aləm bir-birinə dəyib. İfadə verən meşəbəyi işindən istefa versə də verdiyi ifadələrdəki ipucu Əfqan Qəribov, Namiq Xıdırov və Vüqar Kərimova uzanır. Əgər istintaq obyektiv aparılsa “kəndirin” Nazir Muxtar Babayevə uzanması şübhəsizdir. Mənbənin bildirdiyinə görə artıq hansı yollarlasa açılmış cinayət işində “malalama” prosesi başlanıb. Guya meşələri qıran naməlum şəxslər imiş, buna göz yuman, rüşvət alan isə meşə gözətçiləri və sahə rəisləri. Onlar da ya soğan kimi soyulacaq, ya da həbsə gedəcək… Bu da ədalətin qələbəsi olacaq.
Bizə müraciət edən şəxs məsələnin ictimai rəydə saxlanılmasını, əsl “iribuynuzlu” günahkarların yerinə “quzucuqların” cəzalandırılmasına imkan verilməməsini bildirib. Yazıda adı çəkilən şəxslərin mövqe bildirmək hüququ qorunur.