“Mountain Breeze” istirahət mərkəzində soyğunçuluq - Sadə çay 60 manatdan başlayır

Quba rayonun Qrız Dəhnə kəndində yerləşən “Mountain Breeze” istirahət mərkəzi ilə bağlı narazılıqlar davam edir. Bir həftə öncə yerli sakinlərdən biri ailəsi ilə birlikdə ora istirahətə gedib. Amma gözlənilməz mənzərə ilə rastlaşıb. Vətəndaşın verdiyi məlumatları olduğu kimi diqqətinizə çatdırırıq:
“Mountain Brezze”də çay içmək istədik. Dedilər sadə çay 60 manatdır. Çay dəstgahı isə 200 manat. Yeməklərin qiyməti isə daha dəhşətlidir. Yəni, heç kəsə ora getməyi məsləhət görümürük”.
Azsiyaset.com qısa araşdırma aparıb. Məlum oldu ki, bu istirahət mərkəzində ərəb turistlərə qarşı əməlli-başlı soyğunçuluq edilir. Belə ki, onlara sadə çay 100 manat, çay dəstgahı isə 300 manata satılır. Digər xidmətlərdən istifadə 10 dəfə baha qiymətə turistlərə təklif edilir.
Dövlət Turizm Agentliyinin bu məsələ ilə bağlı tədbir görməməsi təəssüf doğurur. Azərbaycan dövləti milyonlarla vəsait, enerji sərf edərək layihələr hazırlayır ki, turistlər ölkəmizə təşrif buyursunlar. Amma “Mountain Breezze” istirahət mərkəzi süni və od qiymətinə xidmətlərlə onları ölkədən küsdürür.
Araşdırmalarımız nəticəsində bəlli oldu ki, “Mountain Breeze” adlı istirahət mərkəzinin sahibi Faiq Hüseynov adlı şəxsdir. O, özünü mötəbər şəxslərin yaxın qohumu kimi təqdim edərək vətəndaşları soymaqla məşğuldur.
Məsələni diqqətdə saxlayacağıq...
Azsiyaset.com
Tarix: 5-08-2023, 17:40
Xəbəri paylaş





Xəbər lenti