Yoldaş Təhməzli HARA BAXIR? - HƏQİQƏTƏN DƏ...

Yoldaş Təhməzli HARA BAXIR? - HƏQİQƏTƏN DƏ...
Məlumdur ki, 70 illik sovet dönəmində özəl mülkiyyət, nəinki şəxsi zavod, fabrik, heç xırda bir sex də ola bilməzdi. Yəni dövlətin ərazisində nə vardısa hamısı dövlətə məxsus idi.
 1991-ci ildə SSRİ-nin dağılması və müstəqil dövlətlərin elan olunması ilə LİBERAL-BAZAR İQTİSADİYYATINA keçid başladı. Yəni dövlətə məxsus olan zavodlar, fabriklər, xəstəxanalar, mağazalar özəlləşdirilməyə çıxarıldı.
Daha dəqiq desək, özəlləşdirmə adı altında dövlətə və xalqa məxsus olan əmlak kimlər tərəfindənsə özününküləşdirildi. Əlbəttə, biz bir media orqanı olaraq bazar-liberal iqtisadiyyatın əleyhinə deyilik, amma yüz illərlə yığılmış əmlakın təsadüfi adamlar tərəfindən ələ keçirilməsinin adı TALANÇILIQ idi. Ən dəhşətlisi isə çörək zavodlarının, ictimai nəqliyyatın və digər strateji sahələrin kimlərinsə əlinə keçməsi idi. Bu gün paytaxt Bakıda ictimai nəqliyyatın necə dözülməz halda olduğunu hamı gözəl bilir. Bu sahəni tez bir vaxtda özəlləşdirmək, paytaxt nəqliyyatını hansısa dələduzlara vermək olmazdı. Ən dəhşətlisi isə qida, ərzaq və çörək istehsalı ilə bağlı idi. Qısa bir vaxtda Bakıdakı çörək zavodları özəlləşdirildi və yerində kustar çörək sexləri yarandı. Və ona görə də, Bakıda və regionda fəaliyyət göstərən çörək zavodları ilə bağlı gündə nələr oxumuruq...
Çörəyin içindən mıx çıxdı...çörək kiflənib...çörək tavalarının dibinə maşın yağı sürtülür...və s... Belə çörək zavodlarından biri də “BİNƏ” çörək zavodudur. Bu gün BİNƏ çörək zavodunun Suraxanıda, Xəzər rayonunda, hətta uzaq İmişli rayonunda filialları fəaliyyət göstərir. “Binə” çörək zavodu haqqında mediada oxuyuruq. “Binə" çörək zavodundan ŞOK FAKTLAR “Bazarstore” marketlər şəbəkəsində satılan “Binə” çörək zavodunun məhsulları keyfiyyətsiz və zərərlidir... “Binə” çörək zavodu dövlətə və prezidentə qarşı iqtisadi sabotajla məşğuldur....çörəyin çəkisini azaldır...qiyməti qaldırır...
Əhalinin sosial vəziyyətini nəzərə almadan, Tarif Şurasının qərarı olmadan, qanunsuz şəkildə çörəyin qiymətini qaldıran “Binə” çörək zavodu nə dövlət orqanlarını sayıb, nə də dövlətin iqtisadi siyasətinə uyğun kurs götürüb. Hökumət ölkədə infilyasiyanın qarşısını almaq, əhalinin narazılığının böyüməməsi üçün layihələr həyata keçirmək istiqamətində addımlar atır. Amma bu cür müəssisələr şəxsi mənfəətini xalqın istəklərindən üstün tutaraq çörəyin qiymətini bahalaşdırır, çəkisini azaldır. Xəzər rayon sakini yazır ki, marketdən çörək alıb. Evdə çörək doğrandığı vaxt içindən təsbit edə bilmədiyi əşya çıxıb.
Başqa bir sakin yazır ki, "BİNƏ" zavodunun çörəyini aldım içindən qurd və ...uzun iplər çıxdı.... Bir başqası yazır ki, "BİNƏ" çörəyini aldım, içindən siçan nəcisi çıxdı... Görəsən o boyda AQTA-nın sədri Qoşqar Təhməzli hara baxır..? Bütün bunları bir kənara qoyaq.... "BİNƏ" çörək zavodunun məhsullarını satış məntəqələrinə daşıyan sürücülər var...
Mediada yayılan məlumatdan bəlli olur ki, onların çoxunun sürücülük vəsiqəsi yoxdur... Yəni çörək zavodunun rəhbərliyi bilərəkdən bu şəxslərə maşın etibar edib və nəticədə... "BİNƏ" çörək zavoduna məxsus avtomobilin sürücüsü ölümlə nəticələnən qəza törədib. Belə ki, məlumata görə, sürücülük vəsiqəsi olmayan adam zavodun məhsullarını daşıdığı zaman qəzaya səbəb olub.... Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Amma maraqlıdır ki, zavod rəhbərliyi hər hansı məsuliyyətə cəlb olunmayıb.... Vətəndaşlar haqlı olaraq soruşurlar ki, "BİNƏ" çörək zavodunun arxasında kim dayanır ki....bu qədər toxunulmazdır... //gundelik-baku.com//
Tarix: 9-08-2023, 21:36
Xəbəri paylaş





Xəbər lenti