Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı işçi hüququnun tapdanması ilə bağlı yeni fakt açıqlayıb. DİA.AZ bildirir ki, M.Qəhrəmanlı SOCAR Kompleks Qazma İşləri Trestinin rəisi Pirim İsayevə bir işçisinin müraciətini çatdırıb.
"İşçi yazır, mən də elə onun yazdığı kimi də təqdim edirəm deyən NHMT sədri KQİT işçsinin müraciətini rəhbərliyə çatdırıb:
"Mən neftçiyəm, sizə bir problem haqqında danışmaq istəirəm. Amma qorxuram məni işdən çıxaralar. Mən Kompleks Qazma İşləri Trestində qazmaçı koməkçisi işləyirdim. İşlədiyim yer bağlandı. Türkiyəyə getdik. Problemlər də elə burdan başladı. Bizə ezamiyyə pulu vermirlər. 16 saat yol gedirik, yolpulu vermirlər. Deyirlər, standart maaşdır... Bayrampulu da vermirlər. Heç kim də qorxudan səsini çıxarmır, ancaq muhəndislərə ezamiyyə pulu verilir".
DİA.AZ bildirir ki, işçinin gileyi ilə yanaşı KQİT rəhbərliyinə xitab edən M.Qəhrəmanlı onlara əslində qanunların nəyi rəva gördüyünü xatırladıb. NHMT sədri qeyd edir:
"Cənab rəis qanun deyir ki: - Dövlət orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır☝. -Ezamiyyə barədə əmri olan işçinin nəzərdə tutulan ezamiyyə yerinə gedib-qayıtması, bu barədə ezamiyyə vərəqində müvafiq qeydin edilməsi, möhürlə təsdiq edilməsi, xidməti tapşırığı yerinə yetirməsi, həmin İşçinin ezamiyyədə olmasını təsdiq edir, ona əmək haqqının və ezamiyyə xərclərinin AR Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan qaydada ezamiyyə pulu alma hüququ verir. Cənab rəis, qanun onu da xatırladır ki: -Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən İşçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir".
Məsələ diqqətimizdədir. Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...