Ləğv prosesində olan bankın dəyəri 7 milyon manat olan 4 yaşayış evi hərraca çıxarılıb
Avqustun 31-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Ata Bank” və “Dəmir Bank” ASC-lərin, sentyabrın 14-də isə “Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı”nda “Dəmir Bank”ın daşınar və daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək."Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət “Ata Bank”a məxsus
38 ədəd qeyri-işlək vəziyyətlərdə olan bankomatdan, “Dəmir Bank”a məxsus
18 ədəd qeyri-işlək vəziyyətlərdə olan bankomatdan, eləcə də “Dəmir Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/1-69/2-69/3-69/4 ünvanında yerləşən
485,9 kv.metrlik
4 fərdi yaşayış evindən gedir.
Bankların daşınar əmlaklarına müvafiq olaraq
4,8 min manat və
2,3 min manat, “Dəmir Bank”ın daşınmaz əmlaklarına isə
1 milyon 912,5 min manat,
1,870 milyon manat,
1,870 milyon manat və
1 milyon 742,5 min manat qiymət qoyulub.
Tarix: 12-08-2023, 16:16