Cavanşir Feyziyevin məşhur tibb şirkəti qayda pozdu - DETALLAR

Cavanşir Feyziyevin məşhur tibb şirkəti qayda pozdu - DETALLAR
"Avromed Company" QSC məhkəməlik olub.

Teref.az-ın 32gun.az-a istinadən məlumatına görə, çirkət gömrükdə qayda pozub.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb. Hazırlanmış protokol Bakı Şəhəri Nizami rayon məhkəməsinə təqdim edilib. Məhkəmə prosesi hakim Mətanət Hacıyevanın sədrliyi ilə baş tutacaq.

Bildirək ki, nizamanmə kapitalı 57 min manat olan " Avromed Company " QSC-nin qanuni təmsilçisi KAMRAN İSKƏNDƏROV İNQİLAB OĞLUdur.

Mətbuatda gedən məlumatlara görə, “Avromed Company” QSC Millət vəkili Cavanşir Feyziyevə məxsusdur.

Qeyd edək ki, “Avromed Company” 2002-ci ildən fəaliyyətə başlayıb və əczaçılıq sahəsində ölkənin ən böyük şirkətlərindən biridir.
Tarix: 18-08-2023, 09:33
Xəbəri paylaş





Xəbər lenti