NATARİUSDA TƏSDQLƏNMƏMİŞ SAXTA MÜQAVİLƏDƏKİ İMZALAR MƏNİM DEYİL!!!
SAĞ QOLUM DİRSƏKDƏN, SAĞ ƏLİM BİLIKDƏN KƏSİKDİR! SAĞ ƏLIMIN 3 BARMAĞI İŞLƏMİR, BAŞ BARMAĞIN ƏTİ "QAÇIB" -- SAĞ ƏLİMLƏ YAZA BİLMİRƏM
MƏHKƏMƏNİN EKSPERTİ ƏLƏ ALMASI İSƏ REALLIĞIMIZ VƏ AN MƏSƏLƏSİDİR...
MƏHKƏMƏ EKSPERTİZA MƏRKƏZİNİN RƏİSİ ELÇİN QASIMOVA
AÇIQ MƏKTUB
MƏHKƏMƏ EKSPERTİZA MƏRKƏZİNİN rəisi cənab Elçin Qasımov! Bu Açıq məktubla mənimlə bacım üçün həyati əhəmiyyət kəsb edən ciddi bir məsələni diqqətinizə çatdırıram. İlk əvvəl mənim üçün niyə həyati əhəmiyyətli məsələ olduğunu açıqlayım: Çünki özümə söz vermişəm, bu dəfə də məhkəmələr haqqımı haram qazncları üçün taptalasalar intihar edəcəyəm!. Yetər! Yetər ölkəmizdə layiq olmadan “hörmətli, möhtərəm” kimi nüfuzlu milli mentalitet titullarını daşıyan bir çox hakimlərin qanunları, ədaləti taptalayıb rüşvətə, sifarişə, əmrə və s. maraqlara baş əyməsindən əziyyət çəkməyim! Mən dövlətimə, işimə-peşəmə necə vicdanla, ləyaqətlə xidmət edirəm hakimlərdən də öz vəzifələrinə belə münasibət tələb edirəm.
2013-cü ildə bəzi hakimlərin sabiq baş prokurorun ailəsinə yaxın adamların xeyrinə çıxdığı qanunsuz qərarlarla mübarizə apararkən qarşılaşdığım sıradan, xarakterik polis özbaşnalığı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdm. Beləki, məhkəmələr sabiq baş prokurorun ailəsinə yaxın adamların mənim yaxın ailə üzvümün təqsiri olmadığı və bu barədə qanuni qüvvəyə minmiş Qərar ortada olduğu halda öz imkanlarından istifadə edərək Bakı prokurorluğunda 1 günə düzgün qərarın ləğv edilməsinə nail olması ilə qanunları, mənim kimi dövlətçilik mövqesində olan, iqtidar hakimiyyətini dünyada təbliğ edən bir alim-ziyalının ədalətə, məhkəməyə inam hissimi taptaladılar. Çox sayda şikayətlər, hətta narazı şerlər yazırdım. Onlardan birindən bir bənd indi bu saat yaddaşımda dolandı:
Qanunları haram-rüşvət xeyri üçün
pozanların əvəzinə,
“Çinlilərin” gözə girən cinayətinə
möhr vurub, susanların əvəzinə,
Hüququnu hayqırmayan,--
saf-günahsız “yatanların” əvəzinə...
Gəlin məni həbs eləyin.
...Avropa İnsan haqları Məhkəməsi şikayətlərimi dərhal icraata aldı. 5 il sonra ölkəmizə kommunikasiyaya göndərildi. Basmaqəlib cavablandırıdı. Lakin AİHM həmin cavaba deyil, qanunlara və məsələni mənim haqlı arqumentlərimlə ictimailəşdirdiyimə əsaslanıb xeyrimə qərar qəbul etdi. Bu Qərar 01.09.2022-ci ildə Elan edilib( CASE OF GULIYEVA v. AZERBAIJAN (European Court of Human Rights) 72608/13https://laweuro.com/?p=19254).
Daha mənim 10 il Avropa məhkəməsinin şəffav qanunvericilikdən qaynaqlanan Qərarını gözləməyə “ ömür zamanım” yoxdur!.. Mən - 61 yaşında ömrünü həqiqi mənada milli elmi təfəkkürün inkişafına həsr etmiş (bunları özümü tərif-təbliğ üçün deyil, gerçəklik olaraq yazıram) ikisi Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevə həsr olunmuş fundamental monoqrafiya, 3-ü yenə Ulu öndərə həsr olunmuş məqalələr toplusu olmaqla 7 monoqrafiya və 6 tədqiqatın, ümumilikdə 21 kitabın, ölkədə və xaricdə çap olunmuş 100-dən çox elmi məqalənin müəllifi, Amerika, Türkiyə jurnallarının redaksiya heyəti üzvü – məzuniyyət, istirahət bilmədən, sağlamlıq problemlərini nəzərə almadan, hətta normal qidalanmağı düşünmədən xalq üçün, tarix üçün ən faydalı işləri həyata keçirən alim-ziyalının, - İkinci qrup əlil, üstəlik (əsəb gərginliyindən 480... –dən aşağı enmir) ağır formada şəkər xəstəsinin xüsusən də Mehriban Əfəndizadənin qanunlardan kənar “məhkəməsindən” sağ-salamat çıxıb AİHM-nin Qərarını 10 il gözləmək üçün ömrə etibarı yoxdur!
Konkret olaraq məsələ ondan ibarətdir ki, (çox lakonik yazıram) Giyaslı Gourup MMC bacımın adına olan, mənim qeydiyyatda olduğum Q.Qarayev pros.76 saylı binanın 31 saylı 3 otaqlı artırmalı mənzilimizin altında yerləşən, - Dövlət Reystrindən rəsmi Çıxarışla bacımla mənə məxsus mülkiyyətin - adımıza olan qeyri-yaşayış sahəsinin əvəzini bizə vermək istəmədiyi üçün saxta Müqavilə hazırlayıb. Təsəvvür edin, artırmalı 3 otaqlı təmirli mənzilin əvəzinə əsasnamələrində nəzərdə tutulan 20 faiz əlavəni etməklə 4 otaqlı mənzil verirlər, ancaq həmin artırmalı mnzilin altnda yerləşən 3 hissədən ibarət təmirli və faktiki 100 kv.m.dən artıq obyekt əvəzinə bizə 85 kv.m. - 2 otaqlı, hətta təmirsiz mənzil verəcəklərini yazıblar. Biz iki yaşlı, tənha qadın banklardan kredit götürüb yarımzirzəmini yüksək səviyyədə təmir etditrimişik. Sakinlərə maneçilik olmasın deyə, əlavə elektrik şiti də qoydurmuşduq. Arendatorlara verib dolanırdıq. Vəkillərinin məhkəmədə hakimə dediyində aydın olduğu kimi, onlar demə tək bizə deyil, söküb-tikəcəkləri heç bir binada yarımzirzəmi sahiblərinə obyekt verməyəcəyini planlaşdırıblar. Deməli, bu məqsədlə də öz maraqlarına uyğun Saxta Müqavilə tərtib edib göndəriblər. Halbu ki, birincisi AR konsitutsiyasının 13, 29-cu maddələri vətəndaşların mülkiyyət hüququnu, mülkiyyətlərinin əvəzinin verilməsini tələb edir.
Beləcə onlar AR konsitutsiyasının 29-cu maddəsinin pozaraq bizə mülkiyyətimizin əvəzini verməyə borcudurlar! Ancaq milyonlarla pulları və bu zənginliklərinə görə “adamları” var! Belədə dövlətin ali qanunvericilik aktını –Konstitutsiyanı pozmaq, qanulara “tüpürmək” bağışlanandır... Bunu cinayətkarlar edər. Çox təəssüf ki, belə cinayətkarlar adlarını dəyişməklə öz fəaliyyətlərini davam etdirirlər! Nərimanov rayon məhkəməsi elə ilkin olaraq bu qanunsuzluqdan başlayaraq məsələni qiymətləndirməkdənsə biz iddiaçıları adam yerinə belə qoymayıb onların marağına uyğun hərəkət etdi. 27 il fəaliyyət göstərildiyini baş mühasiblərindən eşitdiyim bu Tikinti Şirkətinin ölkədə müxtəlif adlarla vətəndaşlarımızı aldatmış həmnövlərindən fərqlənmədiyi göz qabağındadır.
Cənab Elçin Qasımov, digər bir məsələ. Giyaslı Gourup MMC mülkün hüquqi sahibi bacım Sevinc Quliyeva ilə Müqavilə bağlamayıb. Bu fakt onların saxta Müqaviləsinin etibarsızlığını əsaslandıran ən ciddi faktdır. Başqa bir çox dəlillər də var, mən bunlar barədə Nərimanov rayon Məhkəməsinə İddia ərizəmizdə geniş yazmışam, sübutlar təqdim etmişəm. Biri elə Giyaslı Gourup MMC-nin bizim Nizami rayonunda yerləşdiyi halda saxta – natarusda təsdiqlənməmiş Müqavilələrində məqsədli olaraq Ünvanlarını Nizami rayonunda mövcud olmayan Etibar Qocayev küçəsi yazıblar. Azı 90 sakinə (davamda da sökəcəkləri 10-larla binanın sakinini aldadaraq bu ünvanı yazacaqlar) yanlış ünvan bildirməklə gələcəkdə özlərini sakinlərin şikayətlərindən sığortalayıblar. Nizami rayon məhkəməsi ünvanın yanlış olması əsası iiə bizim iddia ərizəmizi qəbul etmədi. Məcbur olub Nərimanov rayon məhkəməsinə müraciət etdik. Əslində isə Giyaslı Gourup MMC heç Nərimanov rayonu Etibar Qocayev küçəsində də yerləşmir. Onların Ofisinə şəxsən getmişəm – İnşaatçılar metrosunun yaxınlığında, Sahibkarlığa dəstək Fondunun arxasındadır.
Giyaslı Gourup MMC necə ünvan kimi mühüm məlumatı yanlış yazıb, necə ki,direktor Hacıbala Abbasov mənimlə və bacımla oturub müqavilə tərtib edib imzalamayıb, necə adları yazılmış qovluğun içində yenə adları yazılmış setkada kartof-soğan kimi onlara verdiyimiz mənzilin və obyektimizin əvəzində bu saxta sənədi veib, eləcə də müqavilə adlandırdıqları dələduzluq aktını l Natarusda da təsdiqlətməməklə Azərbaycan Konstitutsiyasına hörmətsizlik edib. .
Bunlardan başqa. AR MM-in 144.1; 213-cü, 215.1-ci, 329; 329.2. ən əsas 337.1., 337.2. və 337.4-ci, o cümlədən və b. maddələri Əqdlər barədədir. Konkret olaraq iki və daha çox tərəf arasında bağlanmış Müqavilələrlə bağlı hər hansı bir tərəf tərəfindən narazılıq olarsa həmin müqavilənin etibarsız olduğunu əsaslandırır. Giyaslı Gourup MMC özü AR İqtisadiyyat nazirliyinə yazdıqları məktubda da göstərmişdir ki, mən müqavilən aldıqdan 2-3 gün sonra (əslində mənə göndərdikləri gün) etiraz etmisəm. Deməli, mağazalardan alınan hər hansı bir əşyanı 1 ay sonra geri qaytarmaq olur, ancaq natarusda təsdiqlənməmiş saxta müqavilə 2-3 gün sonra də narazılıq bildirildiyi, dəyişdirilməsi tələb olunduğu halda, israrla ləğv edilmir. Məcbur olub məhkəməyə verdikdə məhkəmə, hakim Mehriban Əfəndizadə Azərbaycan Dövlətinin Əqdlər haqqında qanun maddələrini saya salmayıb, mənim həmin müqavilədəki imzamın saxtalığını, mənə aid olmadığını sübut etmək üçün yazmış olduğum Vəsatəti 2 dəfə hazırlıq iclası etməklə, mənim imzalarımı yazmağıma təzyiq edilməsinə şərait yaratmaqla müzakirə obyekti edib, sonra da İmzalarımı Sizin rəhbərlik etdiyiniz MEM-nə göndərmək Qərardadı çıxarmaqla İşi dayandırıb məzuniyyətə gedib....
Cənab Elçin Qasımov diqqətinizə çatdırıram ki, Giyaslı Gourup MMC-nin öz marağına uyğun hazırladığı həmin 3 səhifəlik Müqavilənin cəmi son səhifəsində komputerlə yazılmış inhisallarımın altında yazılmış İmza mənə məxsus deyil! Məlumdur ki, rəsmi Müqavilələrdə İmzaların altından İmzalayanın adı, soyadı, ata adı əl xətti ilə yazılır. Müqavilə tərəflərin iştirakı ilə İmzalanır. Natatusda təsdiqlənir. Mən Reaksiya Tv-də çıxış edib bunları demişəm və onlar qanunsuzluqlarını sözbəsöz eyni olan saxta Müqavilə düzəldib hər səhifəyə mənə aid olmayan İmzalar yazmaqla ört-basdır etməyə çalışıblar. Ancaq “Yalan ayaq tutar, yeriməz” – atalar məsəlimizə uyğun-- Bu imzalar bir-birinə və həmçinin mənə göndərilmiş və əsasında İddia ərizəsi və Vəsatət yazdığım Müqavilədəki 1-cə yerdə - son səhifədə çəkilmiş – mənə aidiyyəti olmayan İmzaya belə oxşamırlar. Bu haqda bir az sonra ətraflı şərh verəcəyəm.
Bu da əsas dəlildir. Belə ki, mən onların ofisinə (2022. dekabr ayında) 2 dəfə getmişəm. Birində tanışlığa. Onda konfet də aparmışdım. Dedim, “tatlı yeyək, tatlı danışaq”... Xahş etdim ki, biz tənha adamlarıq. Tikinti şirkətləri adamları aldadır, Siz bizim böyüyümüz olun, aldatmayın bizi!.. İsmayıl Quliyev adlı Şirkətin bütün işlərini görən şəxs qara karandaşla mənim və bacımın adına olan mənzilin çertojunu göstərd, vərəqin bir küncünə nələrsə yazdı. Mən ona karandaşla yazılanın asan pozula biləcəyini dedim, o isə adətkərdə olduğunu bildirib karandaşla yazmasını davam etdi. İndi başa düşmüşəm ki, karandaş ona sərf edirmiş...
İkinci dəfə mənə qeydiyyatda olduğum evdən köçməyim məqsədilə kirayə pulu verəcəkləri üçün getmişəm. Hətta İsmayıl Quliyev əvvəl 200, sonra 300 demişdi, o qiymətə kirayə ev tapmaq mümkün deyil, - buna görə heç getməyəcəkdim. Nicat adlı işçiləri zəng vurub, dedi ki, gəlin istədyiniz qədər veriləcək, mən də getdim. Minimum ayı 500 manatla razılaşdıq. Banka keçiriləcəkdi bir illik ayı 500 manatdan olan kirayə pulu. Mən isə cəmi 500 manatını nəqd istədim. Bu sənədlərə qol çəkmişəm. Həmin gün İsmayıl Quliyev qarşıma bir neçə vərəq qoysa da çox tələsdiyim üçün həmçinin oxumadan dərk etmədiyimi deyib, imzalamamışam. Mənim onların ofisində olduğum 2 dəfənin heç birində Müqavilədə direktor kimi adı yazılmış Hacıbala Abbasov orada olmamışdır. Mən onu yalnız 2023-cü ilin 14 mart tarixində Ərizə ilə (10 dəfələrlə şifahi, telefon, votsapla deməyimdən başqa!) Müqavilənin ləğv olunmasını tələb etməyimlə bağlı yeni ofislərinə getdiyimdə görmüşəm. O da məni onda görüb. Ancaq qanunlar Müqavilənin - tərəflər arasında İmzalanan Razılıq – anlaşma sənədinin imzalanmasında tərəflərin birlikdə iştirakını tələb edir. Məqamı olduğu üçün vurğulamaq istəyirəm ki, belə ciddi sənədin imzalanması üçün əlahiddə mühüm şəxslər vaxt ayırırlar. Məsələn, Türkiyənin Prezidenti R.T.Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 ildən sonra azad olunmuş, təhlükəsi danılmaz Dağlıq Qarabağa – Şuşaya Şuşa Bəyannaməsini imzalamağa getmişdilər. Eləcə də cənab İlham Əliyev müharibənin odlu-alovlu çağında Moskvaya mühüm müqaviləni imzalamağa getmişdi.
Amma “pullu olub”, “arxa-dayaqlı olmuş” Giyaslı Gourup MMC özünü belə yüksək vəzifəlilərdən artıq bilib Müqaviləni qanunların tələb etdiyi qaydada İmzalamayır! Belə çıxır Hacıbala Abbasov adını çəkdiklərimdən özünü yüksək tutub mənimlə, həmçinin bacım və onlarla mülkiyyəti hesabına çox-çox zənginləşəcək sakinləri –Azərbaycan vətəndaşları ilə oturub müqavilə bağlamır, eyni zamanda halallıq almır. Çünki o sadə vətəndaşları adam hesab eləmir! Çünki o, Azərbaycan Qanunlarını tanımır.
Beləliklə məsuliyyət hissi ilə bildirirəm ki, mənim Giyaslı Gourup MMC-nin Müqavilə imzalamaq üçün ümumiyyətlə, şərait olmadığı tramvay kupesi tipli ofislərində olduğum iki dəfədə Hacıbala Abbasov orada olmayıb, mən də Müqavilə imzalamamışam. Axı elementar məntiqlə Hacıbala Abbasov olmadan Müqavilə imzalanması – həmçinin xüsusən mənə Müqavilə “İmzaladılması” absurddur! Hələ bəs hüquqi mülkiyyətçinin ikincisi – baqcımla bağayıblar – bu adi məsələ olmayıb ciddi qanun pozuntudur. Mən bacıma küçədə verilmiş (bacım xeyli əvvəldən mənzilini kirayə verib başqa ünvanda yaşayırdı) üzərində Giyaslı Gourup MMC yazılmış setkanın içərisindəki yenə MMC—nin adı yazılmış Qovluqda bu Müqaviləni görən kimi etirazımı bildirmişəm və davamda hazırda Məhkəmədə olan iddia ərizəmizə İMZAMIN yoxladılması Vəsatətimi əlavə etmişəm. Yuxarıda da qeyd etdiyim kimi Giyaslı Gourup MMC-nin AR İqtisadiyyat nazirliyinə yazdığı 25.04.23.tarixli məktubda özləri də mənim müqaviləni aldıqdan 2-3 gün sonra etiraz etdiyimi yazıblar.
Ancaq məhkəmə mənim İddiamda göstərdiyim ciddi qanun maddələrini (Azərbaycan Respublikasının Konstitutsiyasının 13-cü və 29-cu ; AR MM-in 144.1; 213-cü, 215.1-ci, 329; 329.2. ən əsas 337.1., 337.2. və 337.4-ci maddələri, hələ Tikinti, şəhərsalma məcəlləsinin 120,121-ci maddələr) lazımsız əşya kimi bir kənara qoyub zəngin tərəf Giyaslı Gourup MMC-nin marağına uyğun olaraq təkcə mənim Vəsatətim üzərində dayandı. Beləki, məhkəmə Müqavilə kimi ləğvi su kimi asan bir məsələni haqlı, lakin rüşvət verməyən iddiaçının xeyrinə həll etməmək üçün böyük ehtimallarla Sizin hazırda rəhbərlik etdiyiniz Məhkəmə Ekspertiza mərkəzinin xətt üzrə hansısa eksperti ilə razılığa gəlib.
Ehtimallarımı əsaslandırmaq üçün sübutlarım. 1.Məhkəməyə Müqaviədəki İmzamın ekspertiza edilməsi barədə mən Vəsatət vermişəm və mən də hakmin hərəkətlərindən, vəkillərlə danışığından, biz iddiaçılarla davranışından şübhələnib Azərbaycan Respublikası MPM-nin 20.2.1-ci maddəsindən çıxış edərək qanuna müvafiq surətdə Vəsatətimi geri götürmək, işə mahiyyəti üzrə baxılmasını istəyirəm. Niyə hakim israr etdi?! İsrarla Qərardad qəbul etdisə və bu Qərardaddan şikayəti rədd etdisə, düşünürəm ki, o, qeyd-şərtsiz olaraq MEM-də marağında olduğu saxta rəyin alınacağından əmindir.
Bu da digər bir sübutdur ki, məhkəmədən əvvəl müraciət etdiyim, sonra məhkəmədə artıq işə baxıldığı əsası ilə araşdırmasından imtina etdiyim Nizami rayon prokurorluğunun İlham adlı baş müstəntiqinin mənə 3 dəfə zəng vuraraq təhdid etməsi də bu ehtimalımı doğruldur. Nizami rayon prokurorluğunun baş müstəntiqi İmzamın ekspertiza edilməsi üçün mənə 3 dəfə zəng edib, hətta xəstə olduğumu, tənha yaşadığımı ona dediyim halda evimə gəlmək üçün təsir edib.
Həm hakimin, həm müstəntiqin mənim iradəmin əksinə İmzalarımı ekspertiza etmək marağı məndə onların Sizin rəhbərlik etdiyiniz Məhkəmə Ekspertiza Mərkəzində istəklərini yerinə yetirən ekspert olduğu fikrini yaradır.
Eləcə də mən hakim Mehriban Əfəndizadənin İmzamın ekspertiza edilməsinə maraqlı olduğunu görüb Qanunvericliyə uyğun olaraq vəsatətimdən çəkilsəm də, ondan işə mahiyyəti üzrə baxılmasını istəsəm onun məni saymaması və 5 dəqiqəlik olmalı hazırlıq iclasında 5 dəqiqəlik fasilə etməklə iclasda “him-cim” kimi məchul sözlərlə anlaşdığı bizim vəkil – mənimlə müqaviləni qarşı tərəflə əlaqəyə girmək üçün bağlamış (eləcə də məndən Etibarnamə almış) Abuzər Səfərovun mənim başımın üstündə dayanaraq mənə təzyiqlə İMZALARIMI “mən də prokurorluq işçisi olmuşam”, -deyərək çəkdirməsinə, sonra mən ona çəkdirdin, amma hakimə verməyəcəyəm, -dediyimdə dərhal əlimdən alıb məhkəmə katibinə verməsinə şərait yaratdı.
Vəkil Abuzər Səfərovun və eləcə də qarşı tərəfin vəkili Rövşən Səfərovun əməlləri barədə Teref.az internet qazetində “O vəkili tapın və ...” adlı iki hissədən ibarət şikayət yazımda geniş bəhs etmişəm (https://teref.az/manset/293557-o-vekili-tapin-ve-i-hisse.html; https:// teref.az/ manset/293558-o-vekili-tapin-ve-ii-hisse.html; ).
Sual yarana bilər Sizdə, axı başda Giyaslı Gourup MMC-ni, sonra hakim Mehriban Əfəndizadənii, baş müstəntqi, bizim müqavilə bağladığımız vəkil Abuzər Səfərovu saxta Müqaviləni qüvvəyə mindirməyə, və ya ləğvinə mane olmağa nə vadar edir?! Niyə bu qrup ciddi-cəhdlə QUL HAQQI YEMƏKLƏ – QAZANCLARINA HARAM QATMAQLA, LƏNƏT SAHİBİ OLMAQLA nə əldə edəcəklər?! QISA VƏ AYDIN : PUL! GƏLİR!
Belə ki, Giyaslı Gourup MMC tikdiyi bu binada – bizim binanın mənzillərini 1 kv.m. dekabr ayında 1700 manata ( indi 1900 manatla reklamını verir) obyektləri isə 6000 manata (indi o da artmış olar) satacağını bizə deyib. Artiq mənzillərin 1900, nəqd 1800 manatdan satışının reklamına start verilib. Bu hesabla o qanuna –AR Konstitutsiyasının 29-cu maddəsinin tələbinə uyğun olaraq bizə azı 40000 (dörd yüz min manatı) ödəyərsə bununla da sökəcəyi onlarla binanın yarımzirzəmi sahibinə bu və bundan çox məbləği ödəməklə qlobal xərcə düşəcək. Ona görə də bu başdan ilk şikyətçiyə ödəməli olduğu məbləği verməmək üçün dəridən-qabıqdan çıxır. Bu minvalla da Sizin rəhbərlik etdiyinz AR Ədliyyə nazirliyi nəzdindəki Məhkəmə Ekspertiza Mərkəzinin mənim İmzamı saxtalaşdırmasını məhkəmənin əli ilə həyata keçirmək istəyir. Məhkəmənin də (vəkilimizin də) görünür marağı var ki, Azərbaycan dövlətinin qanunlarını bir kənara qoyub mənim hətta imtina etdiyim Vəsatətimdən tutub.
Cənab Elçin Qasımov ola bilər Siz də MHŞ kimi öz “əməkdaşlarınızın” cəzadan toxunulmazlığı prinsipini irəli sürüb, müdafiə mövqeyində olacaqsız. Amma yox! Sizə bu açıq məktubu ünvanlayan nahaq danışan, böhtan atan adam deyil! Yəni Sizin rəhbərliyinə yeni təyin olunduğunuz Qurumun əməkdaşlarının hamısı “müqəddəs” hesab oluna bilməzlər! Əgər Siz düşünürsüz ki, onlar,- “A-Z” - hamısı belə işlərdən uzaqdırlar, yanılırsız!.. Cidanı çuvalda gizlətmək olmaz.
Budur! Elə dünən mediada rastıma çıxan “Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını LƏĞV ETDİ” başlıqlı. yazıda Məhkəmə Ekspertiza Mərkəzində sifarişlə saxta Rəy vermiş ekspertin olduğunu öyrəndim (https://konkret.az/ali-mehkeme-apellyasiya-mehkemesi nin qerarini-legv-etdi/).
Bəli! Məhkəmə Ekspertiza Mərkəzində çalışan həmin ekspertin saxta rəyinə əsaslanan məhkəmə Qərarını Ali məhkəmə ləğv edib. Ancaq o rəyçi yəqinki işdədir. Sözsüz olaraq necə o sifarişli Rəyi ilə bir insanımızı, bir ailəni sarsıdıb, eləcə də mənim və mənim kimi məhkəməyə və elə onun özünə rüşvət verməyən neçəsinin “taleyini” öz haram qazancı üçün “qara” yaza bilər. Bu işdə olduğu kimi mənnim işimdə də erli məhkəmə həmin saxta rəyə əsaslanıb bir vətəndaşın sağlamlığına. Maddi vəziyyətinə zərbə vuran – öz qazancı üçün- iddiaçı tərəfin xeyrinə Qərar qəbul edib. Apelyasiya məhkəməsi də yeə öz xeyrini götürüb yazıq – haqlı şikayətçini “məhv edib” yerli məhkəmənin qərarını qüvvədə saxlayıb! Nə yaxşı – Allah tərəfi Ali məhkəmə haqqı taptalamayıb! vicdan hissini alçaltmayıb və ədalət bərpa olunub. Bəlkə mənə veriləcək saxta rəyi Ali məhkəmə ləğv etmədi?! Bəlkə həmin şəxsin işin baxan hakimlər kimi olmadı mənim – bizim işə baxan hakimlər?! Ətəklərində namaz qılınmalı hakimlərimiz azdır! Elə olmasaydı mən AİHM-nə müracət etməzdim ki?!
Bundan başqa mən Vəsatəti iddia ərizəmə əlavə etdiyim Müqavilə üçün vermişəm. Zəngin Tikinti Şirkətinə tərəf olan hakim Mehriban Əfəndizadə Ekspertizaya sonradan ortaya çıxan – onların vəkilinin hazırlıq iclasında məhkəməyə təqdim etdiyi növbəti saxta Müqaviləni nə haqla, hansı hüquq-qanunla Ekspertizaya göndərib?!Bunu onun mobil qrupu bilər. Digər tərəfdən bu böyük ehtimallarla hakimin Ekspertə arxayınçılığını təsdiqləyir. Vəkilin gətirdiyi bu Müqavilədə Giyaslı Gourup MMC mənim Reaksiya tv-də çıxışımda - hər iki tərəfin imzası HƏR BİR SƏHİFƏDƏ YAZILMALIDIR- əsaslı müddəamı təkzib etmək üçün hər səhifədə mənə aid olmayan İMZAlAR yazıb. Fərq yalnız bundadır. Hakim BU MƏSƏLƏYƏ ədalətli, vicdanlı yanaşsaydı bu Müqaviləni ŞİRKƏT DIREKTORUNUN İMZASININ VƏ ŞİRKƏTIN MÖHÜRÜNÜN ekspertizası üçün EKSPERTİZAYA göndərərdi! O isə bu müqaviləni də mənim olmayan İmzanın yoxladılması məqsədi ilə göndərdi. Halbu ki, mən yuxarıda da qeyd etdiyim kimi Vəsatəti yazarkən bizə verilmiş Müqaviləni nəzərdə tutmuşam. Bu da göstərirki, hakim Ekspertlərinizdən hansı biri iləsə anlaşmışdır. Yenə təkrar edirəm: Mənə göndərilmiş Müqavilədəki İmza və sonradan ortaya çıxmış – hakimə verimiş Müqavilədəki İmzalar mənə aid olmamaqla 5 imza özü də bir-birinə oxşamamaqla saxtakarlığı sübut edir.
Əgər hakim obyektiv olsaydı bu dəlili – ikinci eyni məzmunlu müqaviləni əsas götürüb mənim onların dələduzluq əməllərinin prokurorluğa göndərilməsi barədə Vəsatətimi təmin edərdi.
Cənab Elçin Qasımov əsas məsələlərdən biri mənim İmzamın heç bir kəs tərəfindən çəkilə bilməyəcəyi gerçəyidir. Bu saxtakarlar oxşatmağa çalışdılarında bir daha ,özlərini biabır ediblər. Ayıblarını hakim ört-basdır etməyə çalışır.
Beləki, MƏNİM SAĞ QOLUM DİRSƏKDƏN, SAĞ ƏLİM BİLƏKDƏN KƏSİKDİR! SAĞ ƏLİMİN 3 BARMAĞI İŞLƏMİR, BAŞ BARMAĞIMIN ƏTİ "QAÇIB"! AĞIR QƏZADAN (2016-ci ildə mənə 2-Cİ QRUP ƏLİL DƏRƏCƏSİ VERİLİB)-- VƏ 2019-CU İLDƏ KEÇİRDİYİM PARALİCDƏN SONRA İSƏ SAĞ ƏLİMİN FƏALİYYƏTİ UZUN MÜDDƏT TAM DAYANIB, SONRA CÜZİ HƏRƏKƏT EDƏ BİLSƏM DƏ YAZA BİLMİRƏM. Sağ əlimdə heç bir stəkan su da saxlaya bilmirəm. Mən bütün irili-xırdalı- monoqrafiyalarımı, məqalələrimi məsələn, 2019-da Heydər Əliyev iraisinə həsr olunmuş fundamental monoqrafiyamı, 2020, 2021, 2022, 2023-də yenə həmin mövzularda məqalələr toplularımı və onlarla məqaləmi sol əlin ikinci barmağı ilə yazıram. Bu da AR Səhiyyə nazirliyindən sənədlərim.
Mən tibbi ekspertlərə də müraciət edirəm. Sizin imkanınız, vəzifə səlahiyyətləriniz yol verirsə kömək edin, qoy ən ciddi ekspertlər ya nəzəri şəkildə, yaxud müayinə edib rəy versinlər bu şikəst sağ əllə elə gözəl, səliqəli İmza çəkmək mümkündürmü?! Xahiş edirəm, Məhkəmə zalında hakimin təsiri ilə vəkilimin “təzyiqi” üzrə çəkmiş olduğum İMZALARIMA və həmin müqavilələrdəki imzalara baxın baş barmağının əti qaçmış şikəst əllə, əyilmiş barmaqlarla belə gözəl, rəssam işi – İMZANI çəkmək mümkündürmü?! Mənim şəxsi İmzalarıma onların Oxşarlığı belə yoxdur. Birinci səhifədəki ikinci səhifədəkinə, ikinci səhifədəki nə birinciyə, nə üçüncüyə bənzəmir. Eləcə də mənə göndərilmiş yoxlanılması üçün Vəsatət verdiyim İMZA bu yeni ortaya çıxmış ikinci “orjinal” kimi təqdim olunan Müqavilədəki İMZALARA oxşamır. Ən əsas məsələ bunlar mənim əsl İMZAMA oxşamırlar. Hakim cavan adamdır. Bu Imzalara 90 yaşında adamlar ötəri belə baxsalar həqiqəti deyərlər ki, oxşamırlar. Oxşatmaq istəyiblər. Həm sağ əlimin şikəst olduğunu bilməyiblər, həm də 40 ilin yazarının, 30 ilin aliminin İMZASININ bir şifra olduğunu düşünə bilməyiblər.
Belə ki, mənim İMZAM sağdan ərəb hərfləri-ilə adımdır.Nöqtələr, düz, əyri xətlərlə Xatirə yazıram. Soldan H – kirillə atamın və anamın adının baş hərfi ilə başlayır. Eyni zzamanda H latınla mənim dünya elmi sahəsində Hatira kimi tanınan adıma işarədir. H –nin əvvəlində G – işarəsi var – bu da 1987-ci ildən kapitalist və eləcə də sosialist ölkələrinə səyahətlərə gedərkən mənə veriliş xarici pasportdakı Guliyeva kimi yazılmış soyadımı ifadə edir. Ortada (aşağıda) kirillə Г (yazı şəkli) hərfi yazıram. Yuxarıda adımda ərəbcə t-nın, aşağıda ərəbcə i-nin altında 2 nöqtə yazıram. Sağda ərəbcə adımın baş hərfi üstündəki nöqtə işarəsini kənara düz xətt kimi uzadaraq İMZAMI bitirirəm. Giyaslı Gourup MMC isə bu məsələdən xəbərsiz H hərfini A kimi , G-nı fərqli , ərəbcə RA-nı V və s. şəkildə - əsas məsələ ağıllarına gələn kimi, həm də gözəl dəst-xəttə, səliqəli şəkildə yazıb. Necə deyərlər başmağımı geyib, yerişimi yeriməyə çalışıblar! Stop!
Bir də ki, hakim Mehriban Əfəndizadənin öz marağına uyğun olaraq “unutduğu” məsələ - mənim Vəsatətimin iddia ərizəmlə təqdim etdiyim Saxta müqaviləyə aid olduğunu diqqətdə saxlayıb, ikinci – bizə məhkəmədə bəlli olmuş növbəti saxta müqavilədə əmin mənə göndərilmiş və sonra biri də üzə çıxmış saxta Müqavilədəki Giyaslı Gourup MMC-nin möhürünün, həmçinin MMC-nin direktorunun imzasını Ekspertiza etdirmyinizi xahiş edirəm. AXI ONLARIN MÖHÜRÜ KÜÇƏDƏ OLMAYIB Kİ, MƏN SAXTA MÜQAVİLƏ DÜZƏLDİM. ŞİRKƏT DİREKTORU DA ÖZ SOYADINI HƏR İKİ MÜQAVİLƏDƏ GÖY QƏLƏMLƏ ÖZÜ ÇƏKİB. ONLARIN VƏKİLİ RÖVŞƏN SƏFƏROVUN mənə MÜRACİƏTLƏ “O SAXTALAŞDIRIB” DEMƏSİ, 40 İLİN ZİYALISINA DEYİLMİŞ BU İFTİRAYA HAKİMİN SUSMASI DA ƏLBİ OLMALARINI AÇIQ GÖSTƏRİR. HAKİMİN BU MOBİL QRUPU HƏTTA SAXTALAŞDIRMALI OLSAYDIM, XEYRİMƏ QALSIN, HALAL HAQQIMI YAZARDIM – MƏNTİQİNİ DÜŞÜNMƏKDƏN UZAQ OLDULAR!..
Cənab Elçin Qasımov, bütün bunları yazaraq Sizdən xahiş edirəm əsas Giyaslı Gourup MMC, sonra böyük ehtimallarla Nərimanov rayon məhkəməsinin hakiminin eləcə də Nizami rayonu prokurorluğunun baş müstəntiqiniin, cümlədən “qonşuda bişər, bizə də düşər” təxəyyülü ilə Etibanamizi alıb zəngin tərəfə qaçmış vəkilimiz Abuzər Səfərovun xüsusi marağında olan İddia ərizəmizə əlavə etdiyimiz mənim Vəsatətim əsasında Sizn rəhbərlik etdiyiniz MEM-nə xətt üzrə mütəxəssislərə göndəriləcək Ekspertizanı nəzarətinizə götürün. Sizdən əməkdaşlarınıza nəzarət, ədalət xahiş edirəm! Ulu öndər Heydər Əliyevin məşhur kəlamının ideyası – Qoy ədalət zəfər çalsın!
2-ci qrup əlil,
fəlsəfə elmləri doktoru
Xatirə Quliyeva
SAXTALAŞDIRILMIŞ İMZALARLA OLAN MÜQAVİLƏLƏR!
Tarix: 18-08-2023, 18:27