İşsiz vətəndaş ÇARƏSİZ DURUMDA... - MÜRACİƏT


"Mən neçə vaxtdır iş axtarıram tapa bilmirəm. 1 ildən çoxdur vəziyyət belədir". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Alya Zamanova adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Evdəkilər də məni incidir. Evdə xəstə nənəm var, atam vəfat edib. Çox çarəsiz vəziyyətdəyəm. Mən necə dolanacam bu gedişlə?

Normal bir iş tapılmır. Kömək edin... Müəllimlikdən, MİQ-dən əlimi üzmüşəm. Bu il işsiz qalsam, daha nə edəcəyimi bilmirəm. Haraya Cv atım çağırsınlar? Axı bilsəydim, oxumazdım... təcrübəm yoxdur iş tapılmır mənim üçün.

Heç olmasa müəyyən qədər maaş alacağım bir iş olsun ailəmi dolandıra bilim. İxtisasım ilə bağlı olsa, yaxşı olar. İxtisasım humanitar sahədir..."

Ümid edirik ki, vətəndaşın müraciəti gərəkən qurumların diqqətini cəlb edəcək...
Tarix: 20-08-2023, 18:25
Xəbəri paylaş





Xəbər lenti