Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? - Di gəl yaşa, kasıb...
"Məktəbli ləvazimatlarının çeşidi ötən illə müqayisədə bu il daha çoxdur. Satışda hər rəngdə, hər keyfiyyətdə məktəbli çantası var. Amma ötən illə müqayisədə bu il qiymətləri də artıb". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "28 may keçid ticarət mərkəzi"ndən övladları üçün məktəb bazarlığı edən valideyn Gülnar Səfərova söyləyib. Onun sözlərinə görə, ötən il 18 manata aldığı məktəbli formasının qiyməti 25 manata qalxıb.
Çeşid də artıb, qiymətlər də G.Səfərova dəftələrin də qiymətində 10-20 qəpik bahalaşma olduğunu söylədi: "Bizim evdən bir uşaq məktəbə gedir. Amma elə ailələr var ki, iki-üç övladı məktəblidir. İndiki qiymətlərdə uşaqların bütün məktəbli geyimi və ləvazimatlarını almaq belə ailələr üçün çətin olacaq. Çünki biz bu ay aldığımız əmək haqqı ilə uşağın dəftər, qələm və sair əşyalarını almağa güclə pul çatdırırıq. Gələn ayın maaşından isə məktəbli forması alacağıq".
Həmsöhbətimiz bir uşağın məktəbə getməsi üçün minimum 250 manat pul tələb olunduğunu söylədi.
Qiymətlərin bahalaşmasının səbəbi nədir? Məktəbli ləvazimatlarının satışı ilə məşğul olan ticarətçilər də ötən illə müqayisədə bu qiymətlərin bahalaşdığını təsdiqlədilər. Bildirdilər ki, buna səbəb bu il məktəb ləvazimatlarının çoxunun Türkiyədən gətirilməsidir. Rauf İmanov adlı satıcı Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, əvvəllər məktəbli çantaları və digər ləvazimatlar əsasən Çindən gətirilirdi. Bu il isə bazarda əsas üstünlük Türkiyədə istehsal olunan məktəbli ləvazimatlarına verilib. Türkiyədə isə qiymətlər bahalaşıb. Bu da ölkəmizə gətirilən məhsulların qiymətinə təsir göstərib. "Gördüyünüz çantaların hamısı Türkiyə istehsalıdır. Ötən il biz ən ucuz çantanı 12-18 manata satırdıq. İndi ən ucuzunun qiyməti 25 manatdır".
Rusiya istehsalı olan dəftərlərin qiymətində 20 qəpik bahalaşma Satıcılar Türkiyə istehsalı olan dəftərlərlə yanaşı Rusiyanın istehsal etdiyi dəftərlərin də bahalaşdığını söylədilər. Bildirdilər ki, ötən il Rusiya istehsalı olan 96 vərəqli dəftəri 1 manat 50 qəpiyə satırdılarsa, indi qiyməti 1 manat 70 qəpikdir. Yerli və Türkiyə istehsalı olan dəftərlərin qiyməti isə 20 qəpik bundan ucuzdur.
Ən ucuz çanta 25, ən bahası 130 manatdır Beləliklə, məktəbli ləvazimatlarının satış bazarında qiymətlər aşağıdakı kimi dəyişir. Məktəbli çantalarının əksəriyyətinin qiyməti 25-130 manat arasındadır. Satışda 15 manata olan məktəbli çantalarının isə digərləri ilə müqayisədə keyfiyyəti aşağıdır.
Türkiyə və yerli istehsal olan dəftərlər: 12 vərəq- 35 qəpik, 24 vərəq- 50 qəpik, 48 vərəq- 80 qəpik, 60 vərəq- 1 manat 10 qəpik, 96 vərəq-1,50 qəpik. Rusiya istehsalı olan dəftərlərin qiyməti isə 20 qəpik bundan bahadır:
Sadə qələmlərin qiyməti 10-0,80 qəpik arasında dəyişir Sadə qələm 30-90 qəpik, rəngli karandaşlar 2,50- 35 manat Marker 60 qəpik-1 manat Qələmyonan 50 qəpik-1.60 qəpik Yapışqan 60 qəpik-1 manat 10 qəpik Plastilin 3 manat 50 qəpik-7 manat 25 ədədlik dəftər üzləri 3 manat 70 qəpik Kitab üzləri 12 ədəd 4 manat 10 qəpik Qələm qabları 4-15 manat Su qabları 4 manat 50 qəpik-18 manat. Apardığımız müşahidələr zamanı Türkiyənin "President" markalı çantalarının daha baha qiymətə satıldığının şahidi olduq. Satıcı bu firmanın məktəbli çantalarının qiymətinin 98-130 manat arasında dəyişdiyini söylədi.
Türkiyədən gətirilən məktəbli formaları satışda Məktəbli formaları tikiş müəssisələrinin mağazaları ilə yanaşı, pərakəndə satışda da satılır. Satıcılarla söhbət zamanı öyrəndik ki, Türkiyə istehslaı olan məktəbli köynəklərinin qısa qolu 15 manat, uzun qollusu isə 25 manatdır. Şalvarlar 25-35, ətəklər isə 20-28 manat arasında dəyişir. Məktəblilər üçün "krossoovka"ların (idman üslubunda ayqqqabı-red.) qiymətləri isə 30-65 manatdır. Valideynlərlə söhbət zamanı öyrəndik ki, bir şagirdin məktəbə yola salınması minimum 250 manatdır. Əgər şagirdin məktəbli forması, çantası, ayaqqabısı da yenilənirsə bu xərc 300 manata çatır.
Yeni məktəbli formalarına keçid bu tədris ilindən tam baş tutacaq! Onu da yada salaq ki, bu il tədris ilindən - respublikanın ümumtəhsil müəssisələrində yeni məktəbli formaları tətbiq edilədək. Çünki, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında" qərara əsasən, orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib. Artıq məktəbli geyimlərinin qiyməti də müəyyənləşib və satışa çıxarılıb. Hazırda 26 ölçüdən 54 ölçüyə qədər həm uzunqol, həm də qısaqol polo köynəklərin qiyməti 15 manatdır. Şalvar və ətəklərin qiyməti isə 25 manatdır. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub. Oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.Qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir. Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.
Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir. Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir. Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir. Təhsilalanların geyimi qış və yay formalarından ibarətdir (rənglər dəyişə bilər).