Dörd rayonun qaz təchizatında fasilə yaranacaq


Dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə "Report"a “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, avqustun 29-u saat 09:00-dan “Ağsu” ölçü qovşağından qidalanan qaz xətlərində təmir-bərpa işlərinin həyata keçirilməsi, saat 10:00-dan “Qəbələ” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərlərinin və “Qarasu Əhali” ölçü qovşağından qidalanan “Qarasu-Abdulabad” yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Tarix: 28-08-2023, 23:07
Xəbəri paylaş





Xəbər lenti