«Bu qədər yazırıq, deyirik, neftçilər etiraz edirlər, xeyri yoxdur…» - ETİRAZ
Dəniz neftçilərinin iş şəraitini bilməyən yoxdur. Çətindir, təhlükəlidir, ağırdır… Amma bunları nədənsə «Xəzəriaşə»nin rəhbərliyi bilmir. Elə Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı da bu qənaətdədir. Deyir: «Bu qədər yazırıq, deyirik, neftçilər özləri etiraz edirlər, yenə də xeyri yoxdur ki yoxdur… Budur, neftçilər özləri mənə yazırlar:
-Hörmətli Mirvari xanım! «28 May» NQCI-də 14 platforma var. Hər platformada gündəlik süd payı ortalama 50 litrdən az deyil. Həmin südün də 1 litri marketlərdə 2 AZN-dən aşağı deyil. Bu da gündəlik 100 AZN, aylıq 3000 AZN. 14 platforma üzrə isə aylıq 42 000 AZN edir. Amma menyüdə göstərilənlər verilmir. Yalandır… Menyu üzrə qiymətlər: belədir- səhər yeməyi 6,1 manat, ƏDV ilə 7,20 manat. Günorta yeməyi -9man.78 qəpik, ƏDV ilə 11man. 54 qəpik. Axşam yeməyi 8man. 55 qəpik, ƏDV ilə 10 manat. Cəmi bir nəfər üçün ödəniş: 24 manat 43 qəpik, ƏDV ilə 28 manat 83 qəpik. Təkrar edirəm, «28 May» NQÇİ-nin 14 platforması var. Hər platformada isə 80-90 işçi var. Bu halda: 1 platforma üçün «Xəzəriaşə»yə ödənilən gündəlik məbləğ -2.306,4 manat!
bir aylıq məbləğ-69.180 man,14 platforma üçün ödənilən bir aylıq məbləğ- isə 968.520 manat edir. Süd üçün ayrılan məbləği də əlavə etsək, «Azneft» İB-nin «28 May» NQÇİ işçilərinə catering (iaşə) xidməti üçün «Xəzəriaşə»yə bir ayda ödədiyi məbləğ 1.010 520 AZN edir».
-Mirvari xanım, indi işçilər nəyi bilmək istəyir?
-Onlar bilmək istəyir ki, bu məbləğin neçə faizi (neçə manatı) real xidmətə yönəldilib? Yaxud, niyə bu MMC-nin üzərində və ona ödənilən vəsait, real xidmət, yeməklərin keyfiyyəti üzərində ciddi nəzarət yoxur? Diqqətə çatdırım ki, əlavə olaraq özüllərdə başqa qurumların (qazma, tikinti vəs) işçiləri də çalışır və onların da sayını nəzərə alsaq, «Xəzəriaşə»nin hesabına köçürülən məbləğin aylıq həcmi milyon yarımdan artıqdır… //tezadlar.az//