Ramiz Zeynalovun qohumunun şirkəti ilə bu MMC-nin məhkəmə çəkişməsi


Bakı Kommersiya Məhkəməsində “Yük Taksisi.Az” MMC-nin (166 xidməti) “RD Smart" MMC-yə qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri araşdırılır.
 
Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin edilib.
 
Qeyd: 166 xidməti daşıma müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

  
Xatırlatma: 
"Yük Taksisi.Az" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudr. Məlumat üçün bildirək ki, uzun müddətdir mətbuatda "Yük Taksisi.Az" və “Evakuator.Az” MMC-lərə rəhbərlik edən Aqil Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla qohumluq əlaqələrinin olduğu yazılır.
Tarix: 5-09-2023, 10:11
Xəbəri paylaş





Xəbər lenti