Mehdiabadda yaşayış evlərinə gedən yol satılıb? – VİDEO


bitmap-img6

Abşeron rayon Mehdiabad qəsəbəsində ərazinin qanunsuz olaraq satıldığı iddia edilir.

AzFakt.com “Xəzərxəbər”ə istinadla xəbər verir ki, bu barədə qəsəbənin Pərviz Musayev küçəsinin sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, evlərinə avtomobillə gedə bilmirlər. Buna səbəb avtomobil yolunun qanunsuz olaraq bir gecənin içində satılmasıdır.
Qeyd olunur ki, hazırda sakinlər çarəsiz qalıb və yolun qazılmasından sonra avtomobillər hərəkət edə bilmir.
Mövcud məsələdən Mehdiabad qəsəbə Bələdiyyəsi də xəbərdardır. Hətta sakinlərin müraciəti əsasında həmin ünvana baxış keçirilib.
Bələdiyə sədri bildirib ki, yolun qazılan hissəsi həqiqətən də qanuni olaraq bir şəxsə aiddir. Orada sonradan yol salınıb. İndi sahibi həmin ərazini tələb edir. Onunla danışıq aparılıb və alternativ ərazi təklif edilib.
Vətəndaşlar bildiriblər ki, problem qısa vaxt ərzində həll olunmasa hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.


Tarix: 5-09-2023, 12:17
Xəbəri paylaş





Xəbər lenti