Tərtərli şəhid ailələrinin üzvləri və Vətən müharibəsi əlilləri müalicə və istirahət üçün Naftalan şəhərinə yola salınıb


Sentyabrın 5-də Tərtər Rayon İcra Hakimiyyətinin və Naftalan şəhər İcra 
Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondan olan 18 nəfər şəhid ailəsi və 
14 nəfər Vətən müharibəsi əlili müalicə və istirahət üçün Naftalan şəhərində 
yerləşən “Gold Naftalan” MMC Müalicə və Sağlamlıq Mərkəzinə yola 
salınıb. Onların müalicə və sağlamlıq mərkəzində müalicə kursu qəbul 
etmələri və istirahətləri təmin olunacaq.

Yolasalma mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı 
Müstəqim Məmmədov  da iştirak edib.
Naftalan şəhərinə yola salınan şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə 
görüşən rayon rəhbəri Müzəffər Ali Baş Komandanİlham Əliyevinrəhbərliyi 
ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi 
qələbədən, şanlı Zəfər tarixi yazan vətən oğullarının qəhrəmanlığından, 
Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin 
əzmkarlığından, vahid dövlət-ordu-xalq birliyindən danışıb, Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident 
Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən 
diqqət və qayğını dilə gətirib. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və 
qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet 
məsələlərindən biridir. Mütamadi olaraq şəhid və qazi ailələri ilə keçirilən 
görüşlərdə onların qayğıları, qarşılaşdıqları problemlər araşdırılır və yerində 
həll olunur. Bu istiqamətdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid 
və qazi ailələrinə dəstək üçün ardıcıl olaraq sosial layihələr həyata keçirilir. 
Bu gün 18 nəfər şəhid ailəsinin üzvünün və 14  nəfər Vətən müharibəsi 
əliliinin  Naftalan şəhərinə müalicə və istirahət üçün göndərilməsi bunun 
bariz nümunəsidir.
Tədbirdə iştirak edən şəhid ailələri və Vətən müharibəsi əlilləri onlara dövlət 
səviyyəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident 
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid ailələri və Vətən müharibəsi əlilləri rayon rəhbəri ilə birlikdə 
xatirə şəkli çəkdirərək Naftalan şəhərinə yola salınıb. 
Naftalan şəhər İcra Hakimiyyətinin və “Gold Naftalan” MMC-nin 
əməkdaşları tərəfindən qarşılanan qonaqlar müalicə və sağlamlıq 
mərkəzində onlar üçün ayrılmış xüsusi otaqlarda yerləşdirilmişdir.
Tarix: 5-09-2023, 16:12
Xəbəri paylaş





Xəbər lenti