Tərtərdə səyyar “Asan xidmət”in xüsusi avtobusu vətəndaşların xidmətindədir


“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi 
avtobusu 4 sentyabr 2023-cü il tarixdən başlayaraq rayonda sakinlərə səyyar 
xidmət göstərir.

Rayon sakinləri əvvəlcə məlumat bürosundan növbə alır. Daha sonra növbə 
əsasında avtobusa daxil olaraq müraciətlərini edirlər.
“Asan xidmət” sakinlərə səyyar şəkildə tərcümə, tibbi, bank xidmətləri, 
daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların 
məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyesterindən arayışın 
verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına 
alınması barədə çıxarışların verilməsi, yaşayış evlərinin (fərdi) üzərində 
mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin 
qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin olunması, 
ümumvətəndaş pasportalarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət 
vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət 
qeydiyyatı, notariat fəaliyyəti, sürücülük vəsiqələrinin dəyişdirilməsi və digər 
xidmətlər göstərir. 
“ASAN xidmət”in səyyar avtobusu rayonda 29 sentyabr 2023-cü il tarixədək 
xidmət göstərəcəkdir.
Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 
“ASAN xidmət”in səyyar avtobusunda sakinlər üçün yaradılmış şəraitlə tanış 
olmuş, sakinlərin qayğıları ilə maraqlanmış, onlarla səmimi söhbət etmişdir.
Xidmətdən yararlanan sakinlər onlara göstərilən diqqət və qayğıya görə 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Tarix: 5-09-2023, 16:48
Xəbəri paylaş





Xəbər lenti