Keçmiş hərbçi pensiyasının qanunsuz olaraq dayandırıldığını iddia edir – ŞİKAYƏT
Şirvan şəhər sakini Hacıyev Ceyhun Vidadi oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, pensiyasını qanunsuz yerə kəsiblər:
"Mən, Hacıyev Ceyhun Vidadi oğlu, yazaraq sizdən və səlahiyyətli şəxslərdən kömək istəyirəm. Özüm köhnə hərbçi olmuşam. Xəstəliklə əlaqədar pensiyaya çıxmışam. Pensiyam hal-hazırda dayandırılıb. 2 dəfə ailə həyatı qurmuşam, birinci ailəm dağılıb, hər ay aliment vermək məcburiyyətindəyəm. İndiki ailəmdən də 2 uşağım var. Mənə həbs qərarı verilib, pensiyam kəsilib, mən alimenti ödəyə bilmirəm. Fəhləlik edib çörək pulu qazanıram, amma həm ailəmin dolanışığı, həm aliment ödəmək üçün çatdıra bilmirəm. Pensiyamın bərpası üçün hər yerə müraciət etmişəm, lakin cavab yoxdur.