"Bu sektoru niyə belə məhv etdilər, anlamıram..." - "Nəyin qisasını alırlar?"

"Bu sektoru niyə belə məhv etdilər, anlamıram..."
"Ömür boyu milli maraqlardan çıxış edib, dövlətçilik prinsiplərinə bağlı fəaliyyət göstərməkdəyəm". DİA.AZ bildirir ki, bunu son günlər QHT sektorundakı neqativ hallara qarşı apardığı mücadiləsi ilə diqqətə gələn İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli növbəti açıqlamasında deyib.
Etdiyi müraciətlərin ünvanına yetişməməsindən gileylənən QHT sədri daha sonra bildirib: "Ölkə başçısının mövqeyini müdafiə edərək, onun çağırışına uyğun olaraq, ictimai iştirakçılıq yönündə çıxışlar edirəm.
QHT Agentliyi ilə bağlı hər gün təzadlı informasiya alıram. Açığı cəsarətsizlik göstərib öz sözlərini sizlərə deyə bilməyənləri qınayıram. Hamısı sözünü mənə deyir ki, sən daha bu işə başlamısan)
Bu gün eşitdim ki, Agentliyə nəzarəti həyata keçirən qurumun rəsmiləri bizim bir narazılığımızı rəhbərliyə çatdırmırlar. Ənənəvi Ramiz Mehdiyev qaydasında məsələni kiçildir, sanki biz öz şəxsi maraqlarımız üçün bunu etdiyimizi söyləyir, ölkə başçısını aldadırlar. Hətta bizlərə ismarc göndərirlər ki, onları məhkəməyə verib susduracayıq.
Vallah ört-basdırlar sizi uğura aparmayacaq. Görüntü və şoular əvvəllər başqa məmurlar da edirdilər.
Vəziyyəti olduğu kimi rəhbərliyə demək lazımdır. Bizimlə neytral bir yüksək vəzifəli şəxs görüşsün heç olmasa, biz problemlərimizi ölkə rəhbərliyinə çatdıraq.
Bu fironluq kimə lazımdır axı?
Bizi niyə düşmən edirsiz? 1-2 nəfərin hikkəsinə bizləri niyə qurban verirsiniz?
Yoldaşlar bu gün söyləyirlər ki, sözünüzü neytral şəxsə deyin.
"QHT Agentliyinin rəhbərliyi onlara nəzarət edənləri əldə saxlayır, onlar heç sizin xeyrinizə bir şey deyərmi?"
Əslində bunu düşünürdüm, amma inanmırdım, həmkarlarım bir qədər fikirlərimi qətiləşdirməyə kömək etdi. Bunu sonuncu dəfə QHT Agentliyindəki görüşdə də açıq şəkildə müşahidə etdik. PA rəsmisi Aygün Əliyevaya görə bizə aqressiya göstərirdi.
Təklif edirəm ki, həmin görüşün video yazısını montaj etmədən ictimailəşdirsinlər.
Bu sektoru niyə belə məhv etdilər anlamıram.
Nəyin qisasını alırlar?"
Tarix: 10-09-2023, 12:09
Xəbəri paylaş





Xəbər lenti