Bizim.Media xəbər verir ki, sakinlər bildirirlər ki, ümumiyyətlə sözügedən yaşayış məntəqəsinin yolları bərbad vəziyyətdədir, kanalizasiya şəbəkəsi yoxdur.
Mövcud vəziyyət səbəbindən sakinlər maşınlarını tez-tez təmir etməli, üstəlik, suyun içərisindən keçməklə məktəbə getmək məcburiyyətində qalan uşaqlarına yeni geyim almalı olurlar.
Ərazidə yaşayanlar deyirlər ki, nəinki ictimai nəqliyyat, yolların pis vəziyyətdə olmasına görə təcili yardım maşınları da əraziyə gəlməkdən imtina edir.
Qardaşxan Əhmədli küçəsinin sakinləri iddia edirlər ki, aidiyyəti dövlət qurumlarına bununla bağlı bir neçə dəfə müraciət ediblər.
Daha ətraflı videomaterialda: