“Azərkosmos” 20 min manatlıq zibil qabı alır – Tender


bitmap-img6

Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) keçirdiyi tender müsabiqəsinin qalibi “Dekor İnşaat” MMC olub.

Yeniavaz.com xəbər verir ki, “Azərkosmos” 74-cü Beynəlxalq Astronavtika Konqresi ərazisi üçün zibil qablarının satın alınmasına görə “Dekor İnşaat” MMC-yə 20 min 803 manat 40 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 10 manat olan “Dekor İnşaat” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov, ev 68, mənzil 4 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Vəliyev Yavər ŞirinZeynalov Namiq Xankişi oğludur.
Tarix: 11-09-2023, 22:27
Xəbəri paylaş





Xəbər lenti