Xətaidə bu küçə maşın “ölüxana”sını xatırladır - VİDEO


Xətai rayonundakı bir küçə əsl maşın “ölüxana”sını xatırladır.
"Xəzərxəbər.az"ın məlumatına görə, mövcud vəziyyət isə yolda hərəkəti məhdudlaşdırır.
Söhbət Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsindən gedir.
Sakinlər bildirirlər ki, avtomobillərin kənarlaşdırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmır. Sakinləri narahat edən digər məsələ isə yolların bərbad vəziyyətdə olmasıdır.


Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, problemdən xəbərdardırlar və artıq sahibkarlara da lazımi göstərişlər verilib.
Ətraflı süjetdə:


Tarix: 16-09-2023, 09:23
Xəbəri paylaş





Xəbər lenti