İstehsalçı borcludur ki... - ekspert UYARDI
Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı- istehlakçı (qaz, su, kanalizasiya enerji, rabitə, telefon və sair digər kommunal xidmətləri üzrə): işlərin icra edilməsi və sair xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən ikitərəfli müqavilə bağlamağa borcludur. İstehsalçı öz istehsalat və ya digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə, fasiləsiz təmin edilsin. İstehsalçı müqavilə üzrə işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - DİA.AZ
Tarix: 17-09-2023, 23:04