“Muğanbank”-da “soyqırım“ - 39 əməkdaşını işdən çıxardı
"Muğanbank” 40-a yaxın işçisini ixtisar edib.Valyuta.az-ın əldə etdiyi məlumata görə, "Muğanbank” 2023-cü ilin əvvəlindən iyul ayının 1-nə kimi 39 işçisini ixtisar edib. Belə ki, 2022-ci ilin sonunda bankda çalışan işçilərin sayı 605 nəfər olduğu halda, 2023-cü ilin ilk rübündə işçilərin sayı 579 nəfər, ilin birinci yarısında isə 566 nəfər təşkil edib. Başqa sözlə, bank son altı ayda işçilərini 6,5% azaldıb.
Xatırladaq ki, "Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 162,5 milyon manatdır. Bankın səhmlərinin 90%-dən çoxu keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin övladlarına (40%-i Munir Vəliyevə, 33,85%-i Samir Vəliyevə və 16,27%-i Vəfa Vəliyevaya məxsusdur) aiddir. Digər səhmdarlar - Fəridə Mehdiyevanın bankdakı payı 9,22%, Elmir Mehdiyevin payı isə 0,66% təşkil edir.
Tarix: 21-09-2023, 22:35