Buna görə məsuliyyət daşıyan, cavabdeh olan dövlət qurumları hara baxır..? Mərkəzin təsisçisi və rəhbəri Elgiz Şirinov 5 ildə dövlətə 1 manat vergi verməyib...
Mərkəzdəki işgəncə ilə ölüm hadisəsinə görə xeyli həbs olunan var, bəs Elgiz niyə həbs olunmayıb..?
Xeyli müddətdir ki, ayrı-ayrı şəxsi evlərdə, bağlarda gizli fəaliyyət göstərən, Hüquq Mühafizə Orqanları xəbər tutan kimi yerlərini dəyişən, polisi şərləyərək onlara haqq verirəm deyən, 18 filialı olan “Həyat üçün Şans” Reabilitasiya Mərkəzində baş verən cinayət əməllərindən və şirkətin rəhbəri Elgiz Şirinovdan yazırıq.
Məlumat üçün qeyd edək ki, mərkəzin təsisçisi və rəhbəri əsgərlikdə olmayan, orta məktəbdə oxuyarkən narkoman olan, heç bir təhsili olmayan, 3-cü sinifdə oxuyanda oğlan sinif yoldaşları tərəfindən sevilən Elgiz Şirinovdur. Ataların bir söz var ee... Keçəl dərman bilsə əvvəlcə öz başına sürtər...Görəsən uzun illərin narkomanı olan Elgiz Şirinov narkomanları necə müalicə edirmiş..? Digər bir tərəfdən nəinki tibbi, heç orta təhsili olmayan Elgiz Şirinov necə, hansı yolla, kimlərin əli ilə Reablitasiya Mərkəzi təsis edə bilib. Bizdə oaln məlumata görə, Elgiz Şirinov 5 ildir lisenziyası olmadan gizli şəkildə vergidən yayınaraq fəaliyyət göstərir.
Təsəvvür edirsiniz, 18 filialı, hər filialda 80 nəfər narkomanı olan və hər narkomandan 1500 manatdan 6600 manata qədər pul alaraq guya müalicə edirlər kimi fəaliyyət göstərən Mərkəz 5 ildir lisenziyası olmadan gizli şəkildə vergidən yayınaraq fəaliyyət göstərir. Bəs görəsən, bu məsələyə məsul, cavabdeh dövlət qurumları niyə FİL (PUL) qulağında yatıblar..?
Şəxsən özümüz şahid olmuşuq ki, rayondan güc-bəla ilə kəklikotu gətirib çörək pulu üçün Bakıda küçədə satan qoca kişini Dövlət Vergi Xidmətinin əməkdaşları sanki divara dirəyib ki, lisenziyanı göstər. Yazıq kişi lisenziya sözünün mənasını başa düşmədiyi üçün bilmirdi ki, neyləsin..
İndi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlidən soruşuruq ki, əməkdaşlarınız qoca kişinin əlində 5 dəstə kəklikotunu görür, lisenziya tələb edir...amma... Bəs 5 ildir lisenziyası olmadan gizli fəaliyyət göstərən, 18 filialı olan, hər ay milyonalarla pul qazanan, addımbaşı hansısa pasientini döyərək öldürən Reablitasiya Mərkəzlərini görmürsünüz..? Bu hələ harasıdır..?
Elgiz Şirinov dövlətin içində sanki “dövlət” yaradıb. Elgiz Şirinov Reablitasiya Mərkəzində özü üçün şəxsi həbsxana, kars, cəza dəstəsi, əməliyyat qrupu yaradıb. İstədiyi pasiyenti döymək, cəza vermək, asmaq, suda boğmaq burada adi hal alıb. Kimsə sifariş verirsə, Elgiz Şirinovun əməliyyat qrupu gedib həmin şəxsi evdən zorla özünün düzəltdiyi “polis maşınına” soxub Reabilitasiya Mərkəzinə gətirir. Bəli, Elgiz Şirinovun özünə məxsus “polis maşını” da var.
Təsəvvür edirsiniz “küçə uşağı”nın biri mənzilə rəsmi icazə olmadan girir, kimisə zorla həbs edir, başına-gözünə döyə-döyə Mərkəzə gətirlər. Təsəvvür edirsiniz, heç hüquq-mühafizə orqanlarının, prokurorun bu qədər səlahiyyəti yoxdur... Bu məsələdə Elgizə arvadı da yaxından köməklik edir. Belə ki, Elgiz Şirinov kişiləri, arvadı isə xanımları guya müalicə edirlər. Əslində isə vəziyyət tamam başqadır. Elgiz Şirinov başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır. Elgiz Şirinov ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmağın, mala otuzdurmağın, valideynlərindən külli miqdarda pul almağın planlarını cızıb və tapıb... Elgiz Şirinovun arvadı isə Abşeronda Reabilitasiya Mərkəzi yaradıb və imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini orada, guya, müalicə edir... Beləcə vaxtilə dost-tanışdan 5 manat narkotik pulu dilənən bu ər-arvad 5 ildə milyonçuya çevriliblər, narkotiklərin hesabına Yasamal rayonu, Nazim Hikmət küçəsindəki evini 100 min manata təmir etdirib, qeyri-qanuni balkon çıxarıb, (Yasamal Rayon İcra Hakimiyyətinin başçısı bu məsələyə öz diqqətini ayırsa yaxşı olar) 200 min manata maşın alıb, 1 milyona bağ evi axtarır və s.
Onu da qeyd edək ki, Elgiz və arvadı 5-10 qram narkotik satan xırda alverçi deyillər, bunlar gündə bəlkə neçə kiloqram narkotik vasitələri, narkomanlara verməklə öz işlərini bitmiş hesab edirlər. İndi isə Elgiz Şirinovun və dəstəsinin daha dəhşətli cinayət əməllərinə nəzər salaq.
Deməli, Elgiz Şirinovun qanunsuz Reablitasiya Mərkəzində narkomaniyadan əziyyət çəkən şəxs işgəncə nəticəsində ölüb. Və ölümə görə mərkəzin 4 əməkdaşı həbs olunub. İstintaq zamanı məlum olub ki, Elgiz Şirinovun qanunsuz fəaliyyət göstərən Mərkəzində narkomaniyadan müalicə olunan şəxslərə xüsusi işgəncələr verilib, faktlar aşkarlanıb. Ölüm halından başqa digər döyülən, işgəncə verilənlər də var.
Təsəvvür edirsiniz, vətəndaşı qanunsuz azadlıqdan məhrum edirlər, basıb maşına Mərkəzə gətirilər, işgəncə verirlər... Bütün bu əməllərin başında Elgiz Şirinov dayanır, amma... Mərkəzin əməkdaşları 10-11 il həbs edilir, Elgiz Şirinov və arvadı azadlıqda əməllərini davam etdirirlər. Cinayət işində adı hallanan Elgiz Şirinovu və onun arvadını kimlər xilas edib..?
Bax, əsas məsələ budur. Məsəl var deyərlər...o birisini göz yaşlarına, Elgiz kimi narkomanların andına inanmaq olmaz. Həm də necə olur ki, vətəndaşı mənzilindən zorla tutub gətirən Elgiz, cəza verən Elgiz, pulu alan Elgiz...həbs olunan başqaları... Elgiz Şirinov bu sahəni rentabelli biznesə çevirib. Belə ki, 18 filialın hər birindən 100 min alaraq direktor təyin edir. Özü də direktor mütləq narkoman olmalıdır. Elgiz hər yerdə polisləri ələ aldığını deyir. Amma onu da deyir ki, Korrupsiya İdarəsinə yol tapa, rüşvət verə bilmirəm.
Yuxarıda qeyd etdiyimiz kimi Elgizin Mərkəzinin 18 filialı var və hər ay hər filialdan 90-100 min manat gəlir götürür. İndi sadə bir hesabla müəyyən edə bilərik ki, Elgiz bu yaratdığı qeyri-qanuni və gizli işlətdiyi Mərkəzdən ayda 2 milyona yaxın pul qazanır və yuxarıda dediyimiz kimi 1 manat da vergi vermir. Elgizin 18 filialının hər birində 60-80 nəfər narkoman var. Deməli, Elgizin ətrafında 1000-lərlə cinayətkar var.
Sözün qısası, Elgiz Şirinov və onun cinayətkar dəstəsinin əməllərini ciddi və obyektiv araşdrımaq üçün xüsusi istintaq qrupu yaradılmalı və onlar layiq olduqları cəzanı almalıdırlar. Əks təqdirdə Ulu Öndər demişkən, dövlətə inam sarsılar. Hətta onu da bildirək ki, Elgiz Şirinov "Mən bu 2500 narkomanı nə edəcəm, küçəyə buraxacam?" deməklə dövləti şantaj edir. Amma Hüquq Mühafizə Orqanları bilməlidir ki, Elgiz Şirinovun gizli şəkildə qeyri-qanuni işlətdiyi Reabilitasiya Mərkəzlərində narkomanları sağaltmırlar, onlara hər gün narkotik dərmanlardan istifadə etmək imkanları yaradırlar və vurulan narkotikin dozasını aşağı salırlar. Hüquq Mühafizə Orqanları filiallarda adi bir yoxlama aparsalar, görəcəklər ki, qadağan olunmuş narkotik dərmanlar, azadlığı məhdudlaşdırılmış vətəndaşlar bu mərkəzlərdə gizli şəkildə saxlanılırlar. Məsələ burasındadır ki, Goradil kəndində yerləşən Reabilitasiya Mərkəzində baş verən hadisələri İkram adlı polis işçisi bilə-bilə gizlədir. Bu isə cinayət deməkdir. Araşdırmalarımız davam edir, məsələni diqqətdə saxlayacağıq.
gundelik baki.com
İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Tarix: 22-09-2023, 22:59