Adətlərə arxalanmayan qanunlar zəif olur. (Mark Tulli Siseron)Nə yazıq ki, ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumlarında bu aforizmin tamamilə əksi yaşanır - qanunlar adətlərə arxalanmır, qanunsuzluqlar adət halını alıb. Bu isə qurum rəhbərlərinin məsuliyyətsizliyi və yalnız öz mənafelərinə, məqsədlərinə xidmət etmələrinin nəticəsidir və təəssüflər olsun ki, bu kimi halların aradan qaldırılması üçün müstəqil media nümayəndələrindən başqa kimsə cəhd göstərmir. Mediada da qanunsuzluqlar barəsində hər hansı bir məlumat yer alan kimi, həmin qurumun rəhbəri dərhal hərəkətə keçərək, problemi aradan qaldırmaq yerinə, gedən məlumatları mətbuatdan sildirməyə çalışırlar və çox zaman müxtəlif yollarla buna nail olurlar da.
Məsələn, biz bu barədə dəfələrlə "
DogruXeber.az" informasiya portalında gedən məlumatlarda da bəhs etmişik ki, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müəyyən blogerlər var ki, ondan yazmasınlar deyə, mütəmadi olaraq onların "könlünü oxşayır".
Elə bunun nəticəsidir ki, "Suraxanıda qanunsuz tikililər" yazıb axtarış verəndə çıxan yazıların əksəriyyəti bu cür başlıqlı məlumatlar çıxır - "Suraxanıda qanunsuz tikintinin qarşısı alındı", "Suraxanıda qanunsuz tikili söküldü"...
Əgər, qanunsuz tikintilərin qarşısı həqiqətən alınırsa, o zaman sözügedən rayonun Hövsan qəsəbəsindəki saysız-hesabsız qanunsuz tikintiləri "kimin ayağına yazaq"?
Yeri gəlmişkən, aşağıda təqdim etdiyimiz linkə toxunun və həmin linkdə sizə təqdim etdiyimiz videonu diqqətlə izləyin!
Videonu izləmək üçün bu yazıya toxun !!!Gördüyünüz bu görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə də qeyd olunur ki, Suraxanı rayonu, Çöllük massivi adlanan ərazidə, Oktay Şabanov küçəsində "şıdırğı iş gedir" - qanunsuz tikintilər aparılır.
Bircə deməyin ki, bu səlahiyyət artıq İcra Hakimiyyətlərindən alınıb, onsuzda inanacaq deyilik. Bir nəfər həyətində şəxsi dam tikən kimi o dəqiqə, qapısında "çörək növbəsi'nə dayandırmış kimi sıraya düzülürlər.
Hə,onu da qeyd edim ki, sosial mediada yer alan daha bir məlumatda isə sözügedən küçənin kanalizasiya xətlərinin olmaması və küçənin bərbad vəziyyətdə olmasından da bəhs edilir.
Bundan əlavə bir müddət əvvəl sosial şəbəkələrdə yer alan baxımsız qalan parklar, bərbad küçələr, şəhid analarının, qazilərin küçələri barəsindəki gileyləri, qəsdən qurudulmuş və yeri satılmış ağaclar və kimi məlumatlar da "Baku Mall"un ortaq sahibi, həmçinin Bakının Yasamal rayonundakı yaşayış binaları, biznes və ticarət obyektləri ilə özünə "səltənət yaratmış" Əziz Əzizovun adı ilə bağlıdır.
Əzizovun "biznes sevdası" indi də Suaraxanıda davam edir - VİDEO"Özümə yer edərəm, görün sizə nələr edərəm" - Blogerlərin "başına sığal çəkən" Əzizovun gələcək planlarıBiz ötən saylarımızda da qeyd etdiyimiz kimi Əzizovun rəhbərlik etdiyi Suraxanı rayonunda - Xüsusilə Hövsan qəsəbəsindəki qanunsuz tikililər, bərbad vəziyyətdə olan küçələr, Dəniz kənarındakı diqqətçəkən "çörəkli yerlər" və sair məlumatları fotoşəkilləri ilə təqdim edəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
Jalə Asiman
Tarix: 27-09-2023, 11:37