“Mavi”, “Levis”, “Colins”, "Greyder” brendlərinin daxil olduğu şirkət məhkəməyə verildi
"Setex group" Məhdud Məsuliyyətli Cəmiyyətinə daha bir inzibat protokol yazılıb.Pravda.az-ın xəbərinə görə, müvafiq qurum MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol yazıb.
İş Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: “Mavi”, “Levis”, “Colins”, "Greyder”, “İnstreet”, “Altınyıldız”, “Hummel”, Engilish Home”, “Cool Club”, “Brand&Brand” kimi markalar “Setex Group” tərəfindən təqdim edilir.
Tarix: 6-10-2023, 09:39