Bu xəstəxana rəhbər kreslosu sifariş verib: fıstıq ağacından olmalıdır - DETALLAR

Bu xəstəxana rəhbər kreslosu sifariş verib: fıstıq ağacından olmalıdır
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi yeni mebel avadanlıqları alır.

DİA.AZ bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Mərkəz bununla bağlı "Afa" MMC ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, tibb müəssisəsi sözügedən şirkətə 24 221 manat ödəyəcək.

Mebel avadanlıqlarına 1 ədəd seyf (oda davamlı), 1 ədəd insan resusrları şöbəsinə xüsusi seyf, 5 ədəd yemək daşıma arabası aiddir.

Bundan əlavə, siyahıda rəhbər mebel dəsti, divan və kreslo da var. Rəhbər kreslosu şəffav dəri, rəngi şabalıdı və ya qara olmalıdır. Yellənmə və sinxron geriyə yatma mexanizmi işləməlidir.

Aşağı və yuxarı erqonomik funkaiyalı kreslonun bel və onurğa üçün bir neçə zonalı vəziyyətinin fiksasiya (nizamlanması) mexanizmi, tənzimlənən qoltuq-altı, oturacağı təzyiqə davamlı uzunömürlü süngər materialdan, oturacaq dərinliyinin və bucağının nizamlanması, qolları və ayaqları fıstıq ağacından və üzəri uv laklı rəng mebel rəngində olmalıdır.

Kreslonun ümumi hündürlüyü isə minimum 114 sm təşkil etməlidir.
Tarix: 9-10-2023, 15:08
Xəbəri paylaş





Xəbər lenti