`Günəşli` yatağında ibtidai şərtlər: ELƏ GÜN OLUR Kİ... - NARAZILIQ VAR...
"Sahə üzrə məsul şəxslərin diqqətinə! Əks Osmos Sistemi suyun təzyiq vasitəsi ilə membrannan keçirilməsi nəticəsində iki hissəyə ayırır.Membrandan keçən hissə təmiz sudur.Membrandan keçə bilməyən çirkli, həll olunmuş duzlar və mikro hissəciklər suyun tərkibindən ayrılaraq kənarlaşdırılır. İndiki halda DDÖ-15 çalışan neftçilərə verilən su onların sağlamlığı üçün təhlükədi". DİA.AZ bildirir ki, bu maarifləndirmə xarakterli xəbərdarlıqla çıxış edən Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı ona eedilən müraaciə əsasında nefçilərdən birinin gileyini də çadırıb. DİA.AZ həmin neftçinin müraciəini təqdim edir: "Təsəvvür edin ki, bu gündə həmin problem yaşanır. Günəşli yatağı DDÖ-15 platformada, Osmos qurğusunun membranı filtirin belə dəyişmirlər... Bu baxımsızlıq ucbatından elə olur ki, 15 günün yarısını, hətta bütöv günü sırf dənizin suyuna möhtac edirlər bizi.
Özüldə televizor işləmir baxan yox, kondisoner işləmir. Yataq yeri vaxtlı-vaxtında dəyişilmir. Ümimiyyətlə, təşkilatı qurumların fəaliyyəti və təminatı çox aşağı səviyyədədir..."
İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...