Xətainin bu küçələrində nəfəs almaq sağlamlıq üçün təhlükəlidir - VİDEO



Günlərdir Xətai rayonu, Həzi Aslanov qəsəbəsi Kazımağa Kərimov küçəsi ilə üfunətli çirkab suları axmaqda davam edir.

Əslində Xətai rayonu ərazisində bu kimi halların mövcudluğu Xətai rayonunun NZS qəsəbəsi, Həzi Aslanov qəsəbəsi, Kənd Əhmədli qəsəbəsi və digər ərazilərində təəccüb doğurmur.

Biz dəfələrlə rayonun kol-kos basmış küçələri, çala-çuxur yolları, açıq qalmış kanalizasiya quyuları, eləcə də rayon ərazisindəki çoxsaylı qanunsuz tikintilər və sair barəsində "DogruXeber.az" informasiya portalında bəhs etmişik. Amma, nə yazıq ki, barəsində həbs edilən problemlər müvəqqəti olaraq aradan qaldırılsa da, 3-5 gün sonra yenidən əvvəlki - hətta daha betər bərbad vəziyyətə dönüşür.

Yaşayış ərazisində qoyulmuş zibil qablarının ətrafında yaranmış bu mənzərə həmin ərazidə yaşayan insanların sağlamlığı üçün təhlükə, infeksiya mənbəyidir.

Xətainin bu  küçələrində nəfəs almaq sağlamlıq üçün təhlükəlidir - VİDEO

Görünür, rayon rəhbərliyi ticarət obyektləri və tikintilərə ayırdığı qədər problemlərə diqqət ayırmır. Məhz buna görədir ki, insanların sıx yaşadığı və hərəkətdə olduğu milli qəhrəman Kazımağa Kərimovun adını daşıyan bu küçədə il boyu iyrənc qorxulu çirkab suları antisanitar vəziyyət yaradır.



Doğrudur, əslində kanalizasiyası problemlərinə cavabdeh qurum "Azərsu" ASC-dir. Bu kimi məsələlərdə rayon rəhbərliyinə qınamağımızın səbəbi ərazisində mövcud olan problemlərin həllini aidiyyatı qurumlardan tələb etməməsi və digər - yaşıllıq ağaclarının kəsimi, qanunsuz tikintilər və sair kimi ciddi məlumatlarla bağlıdır.

Qeyd edək ki, qarşıdakı günlərdə bütün bunlar barəsində də "DogruXeber.az" informasiya portalında məlumatları və görüntüləri təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Tarix: 13-10-2023, 23:03
Xəbəri paylaş





Xəbər lenti