28 May NQÇİ-də işçilərə YEZİD ZÜLMÜ... - İşçilər ÇƏTİN DURUMDA
"Araşdırılmasına ciddi ehtiyac duyulur. Yazılanlar doğrudursa, haqqında yazılan rəis ölkə qanunvericiliyini pozduğu üçün ciddi məsuliyyət daşıyır. Yaxud da bu halda kimsə daha yekə rəis olmaq istəyir !? Yox?" DİA.AZ bildirir ki, bunu öz paylaşımında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd edib.
Hüquq müdafiəçisi 28 may NQÇİ, 3 saylı NQÇS (yəni DDÖ-3) işçisinə istinadən növbəti acınacaqlı vəziyyət haqda məlumat paylaşıb. Neftçinin müraciətində deyilir:
"Həqiqətən də biz boğaza yığılmışıq . 3 saylı Dərin Dəniz özülündə su problemi bitmək bilmir. Su çənlərində 30-40 ton su var 5 gündür hamamları bağlayıblar çimməyə icazə vermirlər. Bəhanə də onu gətirirlər ki, su yoxdu. Axı su var 30-40 ton su var. Dənizin ortasında bu ağır iş qrafikində neyləyək necə eləyək axı biz fəhlələr? Platformanın rəisi Şahin Əliyev gestapo rejimi yaradıb burda, nə vaxt işə gəlir srazı hamamları bağladır. Amma 2 gündən bir özü öz otağındakı hamamda çimir.Biz yazıq fəhlələr gecə gündüz demədən işləyirik iş qurtarandan sonra hamamı açın çimmək istəyirik deyəndə su yoxdur deyir. Hər ay belədir bu 3 saylı platformada su problemi heç vaxt həll olmur. Allaha and olsun bədənimiz səpib allergiya vermişik əməlli başlı. İyrənirik özümüzdən artıq. Nə paltar yumağa icazə verilmir nə də çimməyə. Amma özü Bu gün qəşəngcənə geyinib keçinib üz başını qırxıb, duxu da vurub getdi evinə.( həmişə təmizlikdə rəis M.Q) Xahiş edirəm bunun bir yolunu tapmağa köməklik edin bizə. Ayın 8 dən su üzü görmürük. Çənlər doludur. hərəsində 15-15 ton su var açmırlar krantları..
Burda HİX-in rəis müavini Məhəmməd İbrahimov var , platformanın rəis müavini Şahin Əliyev var bütün mühəndisler yuxarıda otağlarında çimirlər biz fəhlələr, QƏYTS in fəhlələri, TQB-3 ün fəhlələri su üzünə həsrət qalmışıq. Mühəndislər geyinir keçinir, üz başı tərtəmiz gəzirlər, fəhlələr itin zülmünü çəkirik
Allaha and olsun biabırçı günündəyik.."
DİA.AZ
İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 15-10-2023, 11:02