Kəndin camaatına hansı haqla öz torpaqlarından azad istifadə etməyə imkan vermirlər- NARAZILIQ


Neftçala rayon Xəzər kənd bələdiyyəsinin sədri Muradov Fətulla Mamed oğlu kəndin 1200 hektar torpağını Masallı rayon Köçərli kənd sakini Mirzəyev Ramazana verib. Mirzəyev Ramazanın da o ərazidə nə etdiyi bəlli deyilmiş. Gah kanal çəkdirir, gah taxıl əkdirir, gah da həmin əraziyə su buraxaraq ovçulara ov şəraiti yaradırmış.
Kəndin camaatına hansı haqla zülm edirlər, öz torpaqlarından normal şəkildə, azad istifadə etməyə imkan vermirlər!
Xəzər kənd sakinlərinin dediklərinə görə həmin özbaşına bələdiyyə sədri və iş adamı olan Ramazan  "bizim arxamızda baş prokurorluq durur, kimə istəyirsiniz şikayət edin"  deyərək insanları təhdid də edirlər.
Kəndin şikayətçi sakini Şəkiyev Abbasağa  Həsənağa oğlu, onu intihar həddinə çatdırdıqlarını bildirir.
Ə, düdüylər, siz bu camaatdan nə istəyirsiz, onlara nə verib ala bilmirsiz?!
Xəzər kənd bələdiyyəsi Muradov Fətullanın uzun illər Rusiyada yaşadığı  və burada doğru-düzgün qeydiyyatının olmadığı, Neftçalanın sabiq, həbs edilən icra başçısı İsmayıl Vəliyevə 15-20 min manat verərək Xəzər kənd bələdiyyəzinin sədri seçildiyi də bildirilir.
Masallının Köçərli kənd sakini Mirzəyev Ramazan isə hansı yolla iş adamı olub, pulları necə əldə edib və indi də vətəndaşların haqqına girir, araşdırıldıqca hamısı ortaya çıxacaq.
Mirzəyev Ramazanın 1200 hektar yer üçün hər il 15.000 manat vergi verdiyi, lakin həmin pulların kitaba düşmədiyi də deyilir.
Axı Lenin belə demirdi.
Deyirdi torpaq kəndlinin, zavod  (varsa) fəhlənindir!

Əfqan Sadıqov

Tarix: 19-10-2023, 22:04
Xəbəri paylaş





Xəbər lenti