2 ay əvvəl – 21 avqust 2023-cü il tarixindəə dövlət qeydiyyatına alınan, eyni nizamnamə kapitalı ilə eyni hüquqi ünvanda yerləşən və eyni şəxsin qanuni təmsilçi olduğu 3 şirkət ləğv olunduğunu elan edib.Yeniavaz.com rəsmi məlumatlara istinadən xəbər verir ki, "“ERDİ STS” MMC (VÖEN – 1308464191), “NEVRA GROUP” MMC (VÖEN – 1308467361) və “UKINOX TT” MMC (VÖEN – 1308467511) ləğv olunduqlarını açıqlayıblar.
Adları qeyd olunan şirkətlərin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, mənzil 44-də yerləşir. MMC-lərin nizamnamə kapitalları 60 manat təşkil edir. Şirkətlərin qanuni təmsilçisi İbrahimov İzzət Tanrıverdi oğludur.