ETSN-lə əməkdaşı arasında MAAŞ ÇƏKİŞMƏSİ

ETSN-lə əməkdaşı arasında
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qurumun işçisi olmuş Çingiz Nəcəfov arasında məhkəmə çəkişməsi davam edir.

Siam.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Çingiz Nəcəfov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin Hüquq şöbəsinin əməkdaşı olub.

O, bir müddət işdən çıxarılıb. Bundan sonra Çingiz Nəcəfov nazirliyi məhkəməyə verib.

Artıq birinci instansiya və apellyasiya mərhələsi başa çatıb. Lakin hələ ki, Çingiz Nəcəfovun iddia tələbi təmin edilməyib.

Bu baxımdan, o, Ali Məhkəməyə müraciət edib. Onun şikayətinə Nigar Rəsulbəyovanın sədrliyi ilə baxılacaq.

Məlumat üçün deyək ki, Çingiz Nəcəfovun iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır.
Tarix: 20-10-2023, 22:09
Xəbəri paylaş





Xəbər lenti